Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gündəlik istifadə edilən TƏHLÜKƏ – Antiperspirantlar xərçəngə SƏBƏB OLUR?
Tarix: 18-09-2023 | Saat: 20:20
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Son illərdə süd vəzisi xərçənginə yoluxanların sayı getdikcə artır. Əksəriyyət hesab edir ki, xəstəliyin geniş yayılmasına əsas səbəb kosmetoloji məhsullardır. Xüsusilə də, hər kəsin gündəlik tər əleyhinə istifadə etdiyi antiperspirantlar ciddi təhlükə mənbəyinə çevrilə bilər.

Tərləmə təbii bir proses olsa da, bəzi insanlarda bu normadan çox olur.

Bunun qarşısını almaq üçün insanlar antiperspirantlardan istifadə edərək tərləmənin və yaranan pis qoxunun qarşısını almağa çalışırlar. Lakin bəzi alimlər 1960-70-ci illərin elmi araşdırmalarına istinad edərək, bu məhsulların sağlamlığa kifayət qədər zərərli olduğu düşünürlər.  
 

MÖVZU İLƏ BAĞLI:

Kosmetik vasitələrdə xərçəng törədən maddələr TAPILDI


Bəs, antiperspirantlar həqiqətən sağlamlığa zərərlidirmi?   

Bizim.Media bu barədə araşdırma aparıb.

Antiperspirant, tərkibində alüminium duzları olan dəriyə qulluq vasitəsidir. Bu duzlar dəri məsamələrinin müvəqqəti tıxanmasına səbəb olur. Belə ki, antiperspirant istifadə edən insanlar müəyyən müddət ərzində tərləmir və ya istifadə etməyənlərə nisbətən çox az tərləyir. Bununla belə, antiperspirantlar qoxusuz məhsullardır. Bir çox kosmetik məhsulun tərkibində həm dezodorant, həm də tərə qarşı mübarizə üçün maddələr var.  

1960-1970-ci illərdə aparılan bəzi elmi araşdırmalar tərləmə əleyhinə dərmanların tərkibindəki alüminium duzlarının Alzheimer xəstəliyi ilə əlaqəli olduğunu ortaya çıxarıb.

Xəstəliyə tutulan insanların beynində alüminium aşkar edilib. Halbuki beyindəki alüminiumun bu maddəyə həddindən artıq məruz qalması nəticəsində və yaxud da xəstəlik nəticəsində əmələ gəlməsi ilə bağlı bu gün də qəti bir fikir yoxdur.  

Tərləmə əleyhinə vasitələrdən istifadə ilə bağlı narahatlıq doğuran digər məqam isə bu məhsulların xərçəng riskini artırmasıdır. Xüsusilə, bu məhsulların döş xərçənginə səbəb olduğuna dair informasiyalar yayılmaqdadır.  

Aparılan araşdırmalar göstərir ki, süd vəzisi xərçənginin inkişafına səbəb olan parabenlər və alüminium duzları östrogen təsir göstərə bilir və buna görə də döş xərçəngi riskinin artmasında rol oynayır.  

Qeyri-təbii dezodorant və antiperspirant məhsullar dəri ilə birbaşa təmasda olduqda dəri xərçəngi riskini artırır. Tərkibindəki kimyəvi maddələrə görə bədəndə yanma, qaşınma, qıcıqlanma, qabarma və yara əmələ gəlməsinə səbəb ola bilər.  

Dezodorantların və antiperspirant məhsulların tərkibində olan kimyəvi maddələr dəridə təhlükəli fəsadlara səbəb olur. Dermatoloqlar şiddətlə tövsiyə edirlər ki, dezodorant və tər əleyhinə məhsulları alarkən diqqətli olmaq və apketklərdə satılan məhsullara üstünlük vermək vacibdir. Xüsusən də, antiperspirantların tərkibindəki kimyəvi maddələrin minimum səviyyədə olmasına diqqət yetirilməlidir.  bizimmedia.az






Xəbəri paylaş

1778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___