Bu il evlənən məmur övladları - FOTOLAR
Tarix: 16-12-2015 | Saat: 13:14
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər
Bu il Azərbaycanda nazirlər təkcə təmsil etdikləri qurumlarla deyil, övladlarının toy mərasimləriylə də gündəmə gəldilər.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlunun və mədəniyyət və turizm naziri Əbulfəs Qarayevin qızının xeyir işi 2015-ci ilə təsadüf etdi.
Belə ki, bu ilin fevral ayında fövqəl nazirin kiçik oğlu Nicat Heydərovun toyu olub. O, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalovun qızı ilə ailə həyatı qurub.
Digər nazir Əbülfəs Qarayevin yeganə qızı Suad Qarayevanın toyu isə 11 oktyabrda baş tutub. O, İran əsilli iş adamı Şəhriyarla ailə qurub. Cütlük bir neçə il öncə Londonda tanış olub.
Bu il övladlarına toy edənlər arasında eks-MTN şefi Eldar Mahmudov da var. Onun kiçik qızı Nərgiz 29 sentyabrda Rasim Əliyevlə nikaha daxil olub.
Sentyabrda daha bir toy isə Kəmaləddin Heydərovun I müavini, general-leytenant Rəfail Mirzəyevin ailəsində baş verib. Generalın oğlu Rəşad Mirzəyevin toyu Qəbələdə yerləşən “Qafqaz Riverside” otelində keçirilib.
Bu il ailə quranlar arasında Azərbaycan Millli Aviasiya Akademiyasının prezidenti, akademik Arif Paşayevin mərhum qardaşı Aqil Paşayevin oğlu, Paşa Həyat Sığorta şirkətinin Direktorlar Şurasının sədri Mircəlal Paşayev də var. Həmin toy mərasimi martın 14-də “Buta Palace”da qeyd olunub.
Xatıladaq ki, prezident İlham Əliyev ailə üzvləri ilə bərabər Mircəlal Paşayevin toyunda iştirak edib.
Xəbəri paylaş
2 1618 dəfə oxunub.
Digər xəbərlər

30-07-2017, 11:43
Sabahın havası
21-12-2022, 11:37
“Tərəqqi” texniki-humanitar liseyində nələr baş verir ..? - Direktor Nasim Abışov 23 ilin müəlliməsini katibəsi vasitəsilə işdən necə qovdu..?
29-04-2016, 00:37
İran: "Suriya istəsə, hər cür dəstəyi verəcəyik"
2-03-2023, 11:56
"Tiktok"da uşaqlar üçün daha bir QADAĞA
14-06-2015, 22:37
Bakıda fərdi yaşayış evlərinin dam örtüyü yanıb.
2-07-2022, 11:13
Bakıda tanınmış tamada bıçaqlandı
11-12-2016, 11:24
Azərbaycanlı model: "Telefonum susmurdu, hamı zəng edib..."
22-05-2015, 01:31
Ermənistan prezidenti:“Azərbaycanın addımları region üçün təhlükəlidir.
28-08-2016, 22:10
Erməni qızı Los-Ancelesdə özünü zəncirlədi - Foto
27-07-2015, 11:32
Dördüncü mərtəbədən yıxılan gör necə sağ qaldı