Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cinsi istəyi artıran dərmanlar ölümə səbəb OLA BİLƏR – Həkimdən XƏBƏRDARLIQ
Tarix: 09-09-2023 | Saat: 19:41
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Son dönəmlər dünyada və ölkəmizdə cinsi istəyi artıran preparatlara tələbat artır. Lakin artan tələbat fonunda cinsi aktivliyi artıran “Viaqra” kimi preparatların bəzi hallarda ölümə səbəb olduğu barədə müxtəlif xəbərlər dolaşır. Hətta məşhur personaların da bu preparatların qurbanı olduğu iddia olunur. 

Doğrudanmı cinsi aktivliyi artıran preparatlar ölümə səbəb olur?

Mövzu ilə bağlı həkim Asif Vəliyevin fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, hələ 2000-ci illərin ortalarında ingilis mətbuatı Böyük Britaniya Səhiyyə Nazirliyindəki mənbələrə əsasən, 1998-ci ildən etibarən 102 nəfərin “Viaqra”nın qurbanı olduğunu yazmışdı:

“Yazıda bildirilirdi ki, “Viaqra”dan ölənlərin böyük əksəriyyəti ürək-damar xəstəliklərindən və yüksək təzyiqdən əziyyət çəkənlər olub. Nəzərə alaq ki, son dönəmlər ölkəmizdə də bu preparatdan ölüm hallarına rast gəlinir. Hələlik ölkəmizə səfər edən turistlərin, xüsusən ərəb turistlərin “Viaqra”nın qurbanı olması barədə müxtəlif xəbərlər yayılır. 

Lakin, bəzi səbəblərə görə yerli əhali arasında baş vermiş bu tip hadisələr ölü sahibi tərəfindən gizlədilir. Bir çox mütəxəssis hesab edir ki, problemin kökü heç də “Viaqra”da deyil. Gündəlik həyatda idmanla məşğul olmayan, uzun müddət passiv seks həyatı yaşayan kişilərin qəfil “Viaqra” qəbul etməsi məqbul sayılmır. Yəni, bu qəbildən olan şəxslər “Viaqra”nı qəbul edərək, həddən artıq enerji sərf edib ürəyi yükləyirlər ki, bu da öz növbəsində ürək-damar sisteminə mənfi təsir göstərir”.

Asif Vəliyev qeyd edib ki, ürəyində problemi olan şəxslərə bu cür preparatları qəbul etmək olmaz:

“Çünki bu preparatlar ürəkdə canlanma yaradır. Buna görə də ürəyi xəstə olan kişilərin “Viaqra” qəbul etməsi təhlükəlidir. Nitroqliserinli həblər qəbul edən ürək xəstələrinə isə “Viaqra”dan istifadə qətiyyən məsləhət görülmür. Kişinin səhhəti sekslə məşğul olmağa imkan verirsə, cinsi istəyi artıran preparatlar qəbul edə bilər. Lakin preparatı qəbul etmək istəyən şəxslər mütləq şəkildə qəbul etdiyi dərman vasitələri barədə həkimləri məlumatlandırmalı, məhz həkimin icazəsi əsasında onu qəbul etməlidir”.



Xəbəri paylaş

2878 dəfə oxunub.

Digər xəbərlər
4-04-2015, 01:51 Moskva səması bağlanır

bütün xəbərlər
____ Instagram ___