Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın yaşamaq üçün ən yaxşı şəhəri müəyyən olunub
Tarix: 23-02-2016 | Saat: 18:51
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Dünyanın yaşamaq üçün ən yaxşı şəhəri müəyyən olunub
Avstriyanın paytaxtı Vyana 2016-cı ilin həyat səviyyəsinə əsasən dünyada yaşamaq üçün ən yaxşı şəhər seçilib.

"Xəbəraz.az " Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Mercer” şirkətinin araşdırmasına görə Vyana 230 şəhər arasından seçilib.

Siyahıda ilk beşliyə Vyanadan sonra İsveçrənin Sürix, Yeni Zelandiyanın Oklend, Almaniyanın Münhen və Kanadanın Vankuver şəhəri daxil olub. Ümumilikdə, siyahıda ilk 30-luqda yer alan şəhərlərin 7-si Almaniyanın, 5-i Avstraliyanın, 4-ü Kanadanın, 3-ü İsveçrənindir.

Bundan başqa, siyahıda Danimarkanın Kopenhagen, Hollandiyanın Amsterdam, İsveçin Stokholm, Belçikanın Brüssel və Norveçin Oslo şəhəri də yer alıb.

Siyahıda son 5-liyə düşən şəhərlər isə İraqın Bağdad, Sudanın paytaxtı Hartum, Haitinin paytaxtı Port-o-Prens, Yəmənin Səna və Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhəri var.

Seçim zamanı şəhərlərdəki siyasi sabitlik, təhlükəsizlik, bank xidmətləri, mətbuatın vəziyyəti, insan haqlarının vəziyyəti, səhiyyə xidməti, təhsil səviyyəsi, nəqliyyat, əyləncə mərkəzləri, daşınmaz əmlak bazarı, iqlim və təbii fəlakətlər kimi bir çox faktorlar nəzərə alınıb.
Dünyanın yaşamaq üçün ən yaxşı şəhəri müəyyən olunub


Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___