Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ən ehtiraslı beş bürc
Tarix: 07-09-2023 | Saat: 10:19
Bölmə:Karusel / Qoroskop | çapa göndər

Sevgi və eşqdə olduğu kimi cinsi əlaqədə də bürclərin uyğunluğu önəm kəsb edir. Bəzi bürclər üçün seksuallıq hər şeydən önəmli, bəziləri üçün isə ikinci dərəcəlidir.

Astrologiyaya görə, 5 bürc cinsi əlaqəyə hər şeydən çox önəm verir. Onlar üçün cinsi əlaqəsiz münasibət cəhənnəm deməkdir.

Cinsi əlaqə aludəsi olan bürclər:

Şəhvət hissi ilə yanan ƏQRƏB

Həssas, sədaqətli və qoruyucu Əqrəb bürcü insanları aşiq olduqları zaman bütün varlıqları ilə bağlanır və həmin insanı heç vaxt tərk edə bilmirlər. Əqrəblər yataqda çox ehtiraslıdır və yeni şeylər sınamağa hər zaman hazırdırlar. Onların ehtirası heç vaxt sönməyəcək od kimidir. Cinsi əlaqədə problem yaşamaq Əqrəbləri depressiyaya sala bilər.

Cinsi əlaqəni "eşqlə rəqs"ə çevirən ŞİR

Şirlər fərqli insanları seçirlər. Aşiq olduqları zaman həyatlarının mərkəzinə sevdikləri insanları qoyurlar. Onlar üçün cinsi əlaqə mütləqdir. Şirlərə görə, cinsi əlaqə həm də qarşı tərəfə eşqini göstərmək vasitəsidir. Seksual Şir bürcü insanları yataqda hər sərhədi aşırlar. Partnyorunun hər istəyini yerinə yetirir və qarşı tərəfdən də bunu gözləyirlər. İstədiklərini ala bilmədikdə özgüvənlərini itirirlər.

Əyləncəni sevən OXATAN

Oxatan zodiakın ən ehtiraslı bürclərindəndir. Onlar da bütün varlıqları ilə şəhvət hissini yaşayırlar. Oxatanlar fərqli xasiyyətli insanları daha cəlbedici hesab edirlər.Yataqda müxtəlif təcrübələrə yox demirlər. Seksuallıq oxatanlar üçün də keçilməzdir.Münasibətlərdə isə əyləncəyə üstünlük verirlər. Bu da pozitivliyin işarəsi olan Oxatanların çox vaxt partnyorlarına qarşı eqoist davranışlar sərgiləməsinə səbəb olur.

Hər şeydən tez bezən QOÇ

Dürüst və hər düşündüyünü söyləyən Qoçlar üçün cinsi əlaqə vazkeçilməzdir və münasibətin əsasıdır. Onlar üçün partnyorun da ehtiraslı olması vacibdir. Əks təqdirdə Qoçlar bunu özlərinə qarşı sevgisizlik və diqqətsizlik kimi başa düşürlər. Bu da onların qürurunu sındırır və həmin anda uzaqlaşırlar. Gedən Qoç bürcü insanını geri qaytarmaq isə mümkünsüzdür.

Fantaziyaları ilə məşhur BUĞA

Buğalar seksdə emosionallığa üstünlük verirlər. Lakin onlar üçün də şəhvət hissi son dərəcə önəmlidir. Ehtiraslı Buğa bürcü insanları üçün detallar əsasdır. Onlar üçün ehtiras dolu bir gecəyə gedən yolda hədiyyələr önəmlidir. Sevdiyi şeylərin hədiyyə edilməsi Buğaların yataqda fantaziyalarına daha da rəng qatmasına səbəb olur. Yataq fantaziyaları ilə məşhur Buğa bürcü insanlarının könlünə və yatağına girmək üçün "pul kisəsinin ağzı"nı açmaq lazımdır.



Xəbəri paylaş

2188 dəfə oxunub.

Digər xəbərlər
1-12-2018, 11:37 Corc Buş öldü
19-05-2016, 09:09 Elm niyə dinə ziyandır?

bütün xəbərlər
____ Instagram ___