Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"BAKU CİTY": İki nəfərin ölümünə bir nəfərin isə gözlərinin kor olmasına səbəb olub.
Tarix: 09-08-2021 | Saat: 11:13
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Araşdırma | çapa göndər

Xatırladaq ki, İlkin araşdırmaya görə, rayon sakini 1993-cü il təvəllüdlü Qurbanov Ülvin Fikrət oğlu qohumu Baxışov Rahil Fazil oğlu ilə birlikdə dekabrın 21-də Bakı şəhəri, Tibilisi prospektində yerləşən "Baku City” restoranında qida və içki qəbul edib. Orda Ü.Qurbanov "Chivas” markalı viskidən 0,5 litirdən bir qədər artıq həcmdə qəbul edib. Daha sonra o, restoranı tərk edərək yaşadığı Hacıqabul rayonu, Nəvahi kəndinə qayıdıb. 
Ü.Qurbanov yaxın qohumlarına başında kəskin ağrıların olmasını bildirdikdən sonra axşam saatlarında Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Xastəxanaya "naməlum mənşəli kamatoz vəziyyətdə” daxil olan Ü.Qurbanova tibbi yardım göstırilməsinə baxmayaraq, vəziyyəti daha da ağırlaşıb. O, təcili tibbi yardım maşını ilə Bakıya aparılarkən yolda dünyasını dəyişib. 

Qeyd edək ki, metanoldan ilk zəhərlənən Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin böyük müstəntiqi, baş leytenant Sərxan Bayramov "Baku Voice Rooms” restoranında dostu Cəlal Həmzəyevlə dincəlib. Burada onlar bir az spirtli içki içib, sonra Tbilisi prospektində yerləşən "Bakı city” restoranına gediblər, oradan isə müxtəlif tibb müəssisələrində xəstəxanaya yerləşdiriliblər.

Polis dekabrın 23-də vəfat edib, dostu isə tamamilə kor olub.

Məlum olub ki, gənclər texniki spirtdən hazırlanmış saxta viskidən zəhərləniblər.

Araşdırma zamanı "Baku City” restoranının müdiri Füzuli Alıyev və Xəyal Cəfərovun "Chivas Regal 12” markalı viskini "Everest” restoranında ucuz qiymətə satdıqları məlum olub. Sərxan Bayramov və Mustafa Mustafayev bu içkini içdikdən sonra ölüblər.

Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında aparılmış "Chivas Regal 12” nümunəsinin təhlili nəticəsində güclü zəhərli təsir göstərən metil spirtinin tərkibinin icazə verilən normadan (76,6%) dəfələrlə çox olması səbəbindən içkilərin sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilib.

Füzuli Alıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1 və 314.2 maddələri, Xəyal Cəfərov isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Maraqlı məqam burasındadır ki, baş vermiş ölüm hadisəsi ilə bağlı, "Baku City" restoranın fəaliyyəti dayandırılmışdır. 
"Kamal" kimi tanınan Füzuli Alıyev dolayı yollarla aidiyyatı orqanları aldatmaqla "Baku City" ailəvi restoranını yenidən işlətmək üçün, işçisi Yetər Əliyevanın adı altında fəaliyyətini davam etdirir.
Baxmayaraq ki, baş vermiş ölüm hadisəsinə görə,cəza çəkmə müəssisəsindədir.
Hər gün saatlarla cəza çəkmə müəssisəsindən telefonla zəng edərək öz işi ilə yəni "Baku City" restoranı ilə bağlı və hansı müğənniləri dəvət edəcəkləri ilə əlaqədar olaraq tapşırıqlarını verir.
İşçilərinədə bərk-bərk tapşırıb ki,soruşan olsa mən artıq bu məkanı işlətmirəm! Görünür ki,özünü hərkəsdən ağıllı hesab edir.
Bəs görəsən "KAMAL" Füzuli Alıyevə bu qədər sərbəstliyi və rahatçılığa cəza çəkmə müəssisəsindən hansı məmur şərait yaradıb. 
Onuda qeyd edək ki, əlaqə saxladığı şəxslərə bildirib ki, birdən işdi Cəza çəkmə müəssisəsindən zəng edib mənim haqqımda maraqlansalar məni tanımadığınızı bildirin.

Qısa zaman ərzində araşdırıb ictimaətə bu haqqda da xəbər verəcəyik.
İndi isə keçək "Kamal" Füzuli Alıyevin bizə hədə qorxu gəlməsinə.
"Xeberaz.Az" İnformasiya Agentliyi olaraq "Baku City" ailəvi restoran haqqında bir sıra qanun pozuntularını saytda dərc etmişdik.
"Kamal" kimi tanınan Füzuli Alıyev  cəza çəkmə müəssisəsindən 012 514 88 62 telefon nömrəsi ilə zəng edərək hədə qorxusundanda geri qalmadı.
Axı sənədlər üzərində göstərirsən ki, "Baku City" ilə artıq sənin heç bir əlaqən yoxdur. Necə əlaqən yoxdur ki,  Kəmaləddin kimi tanınan qardaşın hər gün restoranda masasında bir neçə qadın əyləşdirərək restorana nəzarət edir. 
Ardı var...



Xəbəri paylaş

4848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___