Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada Azərbaycan vətəndaşlarını kütləvi davaya görə mühakimə etdilər
Tarix: 10-07-2015 | Saat: 18:19
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Rusiyada Azərbaycan vətəndaşlarını kütləvi davaya görə mühakimə etdilər


İsmayılov və Nəcəfov 10 ildən çox müddətə azadlıqdan məhrum edildilər.

Bu gün Rusiyanın Voronej şəhərinin Sovetski rayon məhkəməsində iki Azərbaycan vətəndaşına – 29 yaşlı Rəşad İsmayılova və 27 yaşlı Azər Nəcəfova ittiham hökmü oxunub.

Xeberaz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, İsmayılov 20 yaşlı voronejli Vasili Fedyainovun qətli və qəsd etmə üçün 9 il həbs cəzası alıb. Onun 27 yaşlı dostu Azər Nəcəfova isə məhkəmə 2,5 il həbs cəzası verib.

Məhkəmədə azərbaycanlılar davada iştiraklarını təkzib etməyiblər, amma bildiriblər ki, iki rus kampaniyasının davasına istəyərəkdən deyil, təsadüfən qarışıblar. Belə ki, İsmayılov qardaşını öldürməsinlər deyə davaya girib.

İsmayılovun qardaşı aldığı bıçaq yaralarından həkimlərin operativ yardımı nəticəsində sağ qalsa da əlil olub, bunu “Voronej” RİA-nın jurnalistinə müttəhimlərdən biri Akif Səfərovun vəkili bildirib. İsmayılovun qardaşını bıçaqlayan şəxsi tapmayıblar.

“Praqa” kafesinin yanında kütləvi davaya səbəb Yujno-Moravskaya küçəsində 2013-cü il dekabrın 9-da, dava salanlardan birinin DİN institutunun beşinci kurs tələbələrindən birinə qarşı olan köhnə incikliyinin yadına düşməsi olub. Cavanlar arasında mübahisə həmin kafedə noyabrda baş vermişdi. Xətrinə dəyən adamın həmin gün “Praqa” kafesində dostları ilə istirahət etdiyini öyrənən oğlan öz dostlarına zəng edib. Tez bir zamanda beş nəfərdən ibarət kampaniya “Praqa” kafesinin qarşısına gəlib.

İlkin olaraq kütləvi davada 10 nəfər adam iştirak edib. Azərbaycanlılar müəssisənin qarşısında olublar. Dalaşanlardan biri səhvən İsmayılovun qardaşına yumruq vurub. Həmin anda, azərbaycanlılar və DİN müdavimindən intiqam almağa gələn qrup arasında ikinci dava başlayıb. Onların arasında 20 yaşlı Vasili F. olub.

Qardaşının bıçaqla vurulduğunu görən Rəşad İsmayılov öz bıçağını çıxararaq dalaşanları vurmağa başlayıb. Aldığı yaralardan 20 yaşlı Vasili F. reanimasiyada dünyasını dəyişib. Daha üç oğlan xəstəxanaya düşüb. Onların sağlamlıqlarına yüngül və ağır dərəcəli xəsarətlər yetirilib.

Azər Nəcəfov bıçaqla Vasili F-nin qardaşı Dmitri F-ni vurub. Cavan oğlan yıxılaraq özünü ölülüyə vurub. İstintaqın fikrincə məhz buna görə Nəcəfov öz məkirli fikrini sona qədər həyata keçirməyib. Məhkəmədə müdafiə edən tərəf zərərçəkənin heç kəsin yardımı olmadan qalxıb hadisə yerini tərk etdiyini, yarasının təmizləndiyini, onun xəstəxanaya yatırmağa ehtiyac olmadığını və cavan oğlanın sərbəst evə yollandığını bildirib.

“Müttəhimlər Sovetski rayon məhkəməsinin qərarı ilə razı olduqlarını, şikayət etməyəcəklərini artıq bəyan ediblər”, - Akif Səfərov bildirib


Xəbəri paylaş

9428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___