Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yalana meyilli bürclər - Onların tələsinə düşməyin!
Tarix: 03-09-2023 | Saat: 08:57
Bölmə:Karusel / Qoroskop | çapa göndər

Yalan danışmaq vərdişi münasibətlərdə böyük problemlərə yol açır. Kiçik yalanlar zərərli sayılmasa da, davamlı olduğu halda bu, xarakterin bir parçasına çevrilir. Zamanla insanların inamını sarsıdır və münasibətlərin korlanmasına səbəb olur.

Ən çox yalan danışan bürclərlə bağlı məlumatı təqdim edirik.

Əqrəb bürcü – İnsanların şəxsi sirlərindən özlərinin xeyrinə istifadə etməkdə ustadırlar. Əqrəbin şirin söhbətlərinin tələsinə düşməzdən əvvəl iki dəfə düşünün. Çünki onlar sizi daha çox təhdid edəcək və özlərinə uyğunlaşdırmağa çalışacaqlar.

Qoç bürcü – Olduqca şirindilli insanlardırlar, bu isə onların təsir gücünü artırır. Qarşısındakı partnyorunu asanlıqla inandıra bilirlər. Başqalarının fikirlərini oxumaq və insanları öz xeyrinə istifadə etmək məsələsində bu bürcün nümayəndələri necə deyərlər, tülkü kimi ağıllıdırlar.


Oxatan bürcü – Onlar ünsiyyətcil olmaları ilə tanınırlar. Qarşısındakı şəxslərdən öz işləri üçün istifadə edə bilərlər. Hətta məhz buna görə daha çox tanışlıqlara açıqdırlar.







Ad - 00:19


Əkizlər bürcü – Bu bürcün nümayəndələri əksər hallarda qərarsız olurlar. Bu baxımdan onunla söhbət edərkən diqqətli olmaqda fayda var. Çünki əkizlər bürcünün üzvləri seçim arasında qaldıqları halda, çox gözəl yalan söyləyə bilirlər.

Tərəzi bürcü – Onlar əslində astrologiyada ədalətin simvolu kimi məşhurdurlar. Lakin bir çox məsələlərdə qətiyyətsiz olmaları tərəzilərin də yalan danışmaqlarına şərait yaradır. Bu bürcün nümayəndələri bəzi hallarda güvən verməyə bilər.



Xəbəri paylaş

1988 dəfə oxunub.

Digər xəbərlər
9-07-2015, 12:12 DÜŞMƏN QARDAŞLAR

bütün xəbərlər
____ Instagram ___