Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyev Misir səfirinin etimadnaməsini qəbul etdi- FOTO
Tarix: 29-10-2015 | Saat: 17:41
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyev Misir səfirinin etimadnaməsini qəbul etdi- FOTO
“Azərbaycan Misir ilə əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır”.

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Suzanne Mohamed Gamilin etimadnaməsini qəbul edib.

Xəbəraz.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Səfir Suzanne Mohamed Gamil fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Suzanne Mohamed Gamil etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin son vaxtlar daha fəal şəkildə həyata keçirilməsinin önəmini qeyd edərək bu təmasların əməkdaşlığımızın çox müsbət göstəricisi olduğunu dedi.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev bu əlaqələri irəli aparmaq üçün prioritetlərin dəqiq müəyyənləşdirilməsinin vacibliyini qeyd etdi, iki ölkə arasında qarşılıqlı ticarətin səviyyəsinin artırılacağına ümidvar olduğunu bildirdi.

Azərbaycanın Misir ilə əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən dövlətimizin başçısı enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün də yaxşı potensialın olduğunu qeyd etdi.

Ölkələrimizin yerləşdiyi regionlardakı vəziyyətə toxunan Prezident İlham Əliyev hazırda təhlükəsizliyin bütün dünyada gündəlikdə duran ən vacib məsələlərdən biri olduğunu vurğuladı. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan danışan dövlətimizin başçısı Azərbaycan ilə Misirin daim bir-birini dəstəkləməkdə davam edəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfir Suzanne Mohamed Gamil Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən Suzanne Mohamed Gamil Azərbaycan ilə Misir arasında dost və qardaş münasibətlərinin mövcud olduğunu dedi, ölkəsini beynəlxalq təşkilatlarda daim dəstəklədiyinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi böyük insan və əsl lider kimi ehtiramla xatırlayan səfir Suzanne Mohamed Gamil Ulu Öndərin qısa zaman ərzində dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətlərin xalqımız tərəfindən yüksək qiymətləndirildiyinin daim şahidi olduğunu dedi. Səfir, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəsinin hər zaman Azərbaycana dəstək nümayiş etdirdiyini vurğuladı.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Misir Ərəb Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.



3498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___