Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əksər ölkələr "TikTok"dan imtina edir - Azərbaycanda niyə fəaliyyəti genişlənir – ARAŞDIRMA
Tarix: 01-09-2023 | Saat: 15:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daha bir ölkədə TikTok-a qadağa qoyuldu. Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verib. 

Qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib. Uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən "TikTok" sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artdığı üçün ölkə platformaya qadağa qoymaq qərarına gəlib.

Bu sosial şəbəkədə qeyri-qanuni əməllər - narkotik və pornoqrafiya təbliğ olunduğu üçün artıq bir sıra ölkələrdə qadağan olunur.

TikTok sosial media formasına ayrı-ayrı vaxtlarda Seneqalda, Somalidə, Hindistanda, ABŞ-da və Ermənistanda da məhdudiyyət qoyulub. Qeyd edilən ölkələr gənclərin həyatına mənfi təsir göstərən sosial media platformasının bağlanmasını vacib hesab edirblər.

Böyük Britaniyada isə bu platformadan istifadəyə yalnız Xüsusi Təyinatlı Qüvvələri hərbçilərinə qadağa qoyulub. Qadağanın təhlükəsizlik məsələləri ilə bağlı olduğu deyilir. Belə ki, TikTok-dakı məlumatların Çin və Rusiya kimi ölkələrə ötürülə biləcəyi ehtimal edilir.

Yeri gəlmişkən, ABŞ-da da TikTok-un fəaliyyətinə qadağa qoyulması təhlükəsizlik məsələləri ilə əlaqələndirilir.

Belə ki, ABŞ Senatı TikToku yasaqlayan qanun layihəsini təsdiqləyib. Yeni qəbul olunan qanuna görə, dövlət orqanlarında, büdcə təşkilatlarında çalışan amerikalılara TikTok tətbiqini yükləmək və özlərinə məxsus telefonda ondan istifadə etmək qadağandır.

ABŞ Senatı hesab edir ki, TikTok platforması ona abunə olan şəxslərə aid bütün bilgiləri və digər məlumatları əldə etmək imkanına malikdir. Bu məlumatlar isə Çin kəşfiyyatına ötürülür. Bu da Amerikanın milli təhlükəsizliyinə təhdid təşkil edir.  Bu səbəbdən də dövlət qurumlarında çalışan amerikalılar öz cihazlarına TikTok endirə bilməzlər.

Azərbaycanda isə əksinə TikTok sosial şəbəkəsi ən çox istifadə edilən platformalardan biridir. Sosial platforma həmçinin bir çoxları üçün qazanc mənbəyinə çevrilib. Xüsusən gənclər, bu platformada özlərini ifadə edir, şöhrət və pul qazanırlar.

Xatırladaq ki, bir müddət öncə zərərli təsirlərini nəzərə alaraq, Azərbaycan dövləti TikTokun yayımını  ölkəmizdə məhdudlaşdırmışdı. Amma bu, müvəqqəti xarakter daşıdı və platformanın fəaliyyətinə yenidən imkan verildi.

Ekspertlərin fikrincə, Azərbaycanda bu platformadan əxlaqsız, qeyri-qanuni və qeyri-münasib məzmunda istifadə edilir ki, bu da yeniyetmə və gənclərin həyatına mənfi təsir göstərir. Hətta ailə institutu sıradan çıxır.

TikTok həm də gənc ailələr arasında boşanma tendensiyasının güclənməsində rol oynayır. Üstəlik Azərbaycanda bir çoxları tərəfindən "bayağı videoların paylaşıldığı məkan" kimi tanınan bu platforma bir sıra insidentlərlə də yadda qalıb. Bu sosial şəbəkədən daha çox gənclər və uşaqlar istifadə etdiyi üçün gələcəyimiz təhlükə altındadır. 

Maraqlıdır, Azərbaycanda TikTok-dan istifadəyə nəzarət edilirmi? Ümumiyyətlə, ölkələrin imtina etdiyi bu platformanın ölkəmizdə də girişinə məhdudiyyət qoyulması nəzərdə tutulurmu? 



Məsələ ilə bağlı açıqlamasında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Ləman Hüseynzadə bildirib ki, hazırda "TikTok" sosial şəbəkəsinə girişin ölkə ərazisində məhdudlaşdırılması barədə hər hansı qərar qəbul edilməsi nəzərdə tutulmur:

"Sosial şəbəkələrdə istifadəçilər tərəfindən edilən paylaşımlar həmin sosial şəbəkələrin inzibatçıları tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə tənzimlənir.

Həmçinin, gələcəkdə "Tik-Tok" sosial şəbəkəsinin Azərbaycan seqmentinin istifadəçiləri üçün məzmun keyfiyyətinin artırılması ilə bağlı layihələr həyata keçirilməsi nəzərdə tutulur".




Xəbəri paylaş

1948 dəfə oxunub.

Digər xəbərlər
21-03-2015, 15:32 Həkim nə deyir
2-09-2015, 20:44 Sərməs ( HEKAYƏ)

bütün xəbərlər
____ Instagram ___