Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hava XƏBƏRDARLIĞI: leysan gəlir
Tarix: 08-07-2017 | Saat: 12:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hava XƏBƏRDARLIĞI: leysan gəlir

İyulun 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
 
ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 21-24° isti, gündüz  28-33° isti, Bakıda gecə  21-23° isti, gündüz  30-32° isti olacağı gözlənilir,
 
Atmosfer  təzyiqi  759  mm civə sütunu, nisbi rütubət  gecə 70-80 % , gündüz  50-55%  təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz  31-36°, dağlarda gecə 10-15° isti, gündüz  18-23° isti olacağı gözlənilir.
 
İyulun 9-u axşamdan 10-u gündüzədək əsasən gecə və axşam bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Çaylarda sululuğun artacağı ehtimal olunur.


Xəbəri paylaş

9828 dəfə oxunub.

Digər xəbərlər
26-03-2016, 18:18 Cristiano Ronaldo haqqında

bütün xəbərlər
____ Instagram ___