Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhidin xanımı və oğlu tələbə adı qazandı
Tarix: 31-08-2023 | Saat: 12:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı və oğlu tələbə adı qazanıblar.

Şəhidin oğlu Əlihəsən Orucov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye mühəndisliyi ixtisasına, həyat yoldaşı Nigar Ağamalıyeva isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.


Qeyd edək ki, 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən Nail Orucov 2016-ci ildə ehtiyata buraxılıb. Polkovnik-leytenant Nail Orucov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 31-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.



Xəbəri paylaş

1838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___