Azərbaycanlı uşağın Rusiya xəstəxanasında müəmmalı ölümü
Tarix: 06-05-2016 | Saat: 20:19
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Tatarıstanın Alabuqa Mərkəzi rayon xəstəxanasında azərbaycanlı uşaq dünyasını dəyişib.
"Xəbəraz.az "ans press-ə istinadən məlumatına görə, hadisə mayın 3-nə keçən gecə Tatarıstanın Alabuqa şəhərində baş verib. Hər şey qonşuların gözü qarşısında baş verib. 8 yaşlı oğlan ehtiyatsızlıqdan oyun meydançasında yıxılaraq zədə alıb. Anası uşağı dərhal xəstəxanaya çatdırıb.
Burada həkim-travmatoloq ona “sol çiyin sümüyünün yerdəyişməsi ilə sınığı” diaqnozu qoyub. Sonra həkim-anestezioloq xəstəyə daxili anesteziya edərək, sümüyü yerinə oturdub və uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Burada isə oğlanın halı pisləşib və gecəyarısından sonra o keçinib.
“Tatar-inform” xəbər portalının məlumatına görə, uşağa anesteziyanın tətbiq edilməsində çətinliklər yaşanıb. Bu da xəstənin halına mənfi təsir edib.
Faktla bağlı Alabuqa İstintaq İdarəsində cinayət işi açılıb. Faktla bağlı daha ətraflı məlumatın əldə edilməsi üçün tədbirlər görülür. Şahidlər dindirilir, məhkəmə tibbi-ekspertizası və kimya-toksikoloji ekspertizası təyin olunub. İstintaq davam edir.
8 yaşlı mərhum dəfn edilmək üçün Azərbaycana göndərilib.
Xəbəri paylaş
6608 dəfə oxunub.
Digər xəbərlər

23-08-2018, 15:25
Bazarda pomidor və xiyarın qiyməti niyə bahalaşdı?
20-06-2021, 13:04
Bakıdan Tel-Əvivə uçuşlar başlayır
21-06-2015, 11:43
Korrupsiya qalmaqalı: Səfər Əbiyevin müavininin işi məhkəməyə göndərilir
15-02-2017, 20:20
Dünyanın ən seksual məhkumu - FOTOLAR
9-04-2022, 10:54
Oruc tutub sahura qalxmayanlara XƏBƏRDARLIQ
15-08-2015, 17:34
“Sözüm İsa Qəmbərə və Arif Hacılıyadır...”- Cavidin dayısı+Video
24-11-2023, 09:47
Rövşən Lənkəranskinin adamı həbsxanada öldü - FOTO
8-08-2017, 12:16
Milyarder Abramoviç boşanır: ilin ən bahalı boşanması olacaq
22-02-2016, 10:10
Bakıda uşaq bağçası yandı