Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pulu maqnit kimi çəkən ən varlı bürclər
Tarix: 27-08-2023 | Saat: 09:32
Bölmə:Karusel / Qoroskop | çapa göndər

Astrologiyaya görə, bəzi bürclər çalışqan, qətiyyətli və iddialı xarakterləri ilə diqqət çəkirlər. Onlar əzmkarlıqları nəticəsində həyatlarının bir dönəmində arzuladıqları varlı həyatı dadmağa nail olurlar.

Pulu maqnit kimi özünə çəkən bürclər haqqında məlumatı təqdim edirik:

İlk sırada dayanan Qız bürcünü şöhrət, var-dövlət qazanmaq məqsədindən heç bir şey döndərə bilməz. Orta səviyyəli yaşam tərzi ilə kifayətlənməyən Qızlar hər zaman ən yaxşısını əldə etməyə can atırlar.

Buğa bürcləri çox səbirli və son dərəcə inadkar olduqları üçün qalib gələnə qədər işləməyə davam edirlər. Onların dəbdəbəli həyat sürmək üçün fitri istəyi çox çalışmaq üçün motivasiya verir. Buğalar taleyini dəyişməyi bacaran bürclərdir.



Şirlərin öz yolu var və həyatda hər hansı bir situasiyanı diqqət ilə qəbul edirlər. Onlar uğursuzluğu ruhdan salan bir hadisə kimi deyil, daha yaxşısını etmək üçün motivasiya kimi düşünürlər. Hər zaman diqqət mərkəzində olmağı sevən Şirlər buna görə də zəngin, məşhur və uğurlu olurlar.

Zəngin olmadan ölməyəcək bürclərdən biri də Qoçdur. Səbrsizliklərinə baxmayaraq, Qoç müvəffəqiyyətli həyat qurmağa can atan ehtiraslı insanlar olurlar.

Oğlaqlar bu siyahıda adları unudulmayan bürclərdən sayılır. Onlar ən yaxşı rəhbər olmağı bacarmasa da, işi necə idarə edəcəyini yaxşı bilir.



Xəbəri paylaş

2088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___