Bu şəxslər meymunçiçəyinə YOLUXMAYACAQLAR – İnfeksionistdən AÇIQLAMA
Tarix: 24-05-2022 | Saat: 11:34
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
2268 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-05-2022 | Saat: 11:34
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Koronavirus təhlükəsini geridə qoyduğumuz bu günlərdə ikinci bir infeksion xəstəlik - meymunçiçəyi ilə bağlı narahatlıqlar artır. Koronavirusa yoluxma zamanı mütəxəssislər növbəti 6 ay ərzində təkrar yoluxmanın olmayacağını, olarsa, xəstəliyi yüngül keçirəcəyimizi bildirirdilər.
Bəs koronavirus keçirmiş insanların meymunçiçəyi virusuna yoluxmaq ehtimalı nə qədərdir?
Məsələ ilə bağlı danışan infeksionist Nicat Əzimli yeni yayılan xəstəliyə yoluxmamağın iki halda mümkün olduğunu deyib:
“Koronavirusla meymunçiçəyi virusu tamamilə ayrı viruslardır. Birini keçirən insan digərinə qarşı immunitet qazanmır. Yəni koronavirusa yoluxmuş insan sağaldıqdan sonra, hətta koronavirusla xəstə ikən meymunçiçəyinə də yoluxa bilər.
Meymunçiçəyinə yoluxmamaq üçün ya həmin xəstəliyi keçirmiş olmaq, ya da ömürlük immunitet verən çiçək vaksinini almış olmaq lazımdır. Bu da hazırda 1980-ci illərdən öncəki çiçək vaksinasiyasında iştirak etmiş şəxslərə aiddir”.
İnfeksionist xəstəliyin dinamikası məsələsinə də toxunub:
“Vəziyyətin necə dəyişəcəyi haqda indilik heç nə demək mümkün deyil. Çünki ÜST belə bunun haqda fikir bildirmək üçün zamana ehtiyac olduğunu qeyd edir. Onu da bildirim ki, hazırda aşkarlanmış xəstələrin təmasda olduğu şəxslər içindən də yeni xəstələr çıxmaq ehtimalı var. Bunun da olub olmayacağını zaman göstərəcək”.
Digər xəbərlər
21-08-2016, 10:10
Hizbullah liderindən sensassiyalı - Açıqlama
31-03-2022, 10:46
Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
17-03-2021, 11:46
İlham Əliyev atasının Şuşada çəkdirdiyi şəklini göstərdi
25-10-2015, 16:03
27 yaşlı qadın faciəvi şəkildə öldü - Şəmkirdə
23-12-2015, 20:26
Peyğəmbəri təhqir edən aparıcı canlı yayımda öldü - ŞOK VİDEO
3-04-2017, 19:06
Mayın 25-dək bu səhvi etsəz - 40 manat cəriməsi var
23-01-2018, 13:12
Azərbaycanda benzinlə bağlı YENİ QƏRAR
9-07-2015, 10:57
Göyçayda müəmmalı ölüm
2-06-2015, 18:00
Leyla Əliyeva 1,5 milyona yaxın ağac əkdi - FOTO
30-11-2016, 16:03
Çörək bahalaşacaq? - Rəsmi AÇIQLAMA