"Lapşinin ekstradisiyası beynəlxalq hüquqa əsaslanır" - Vitse-spiker
Tarix: 09-02-2017 | Saat: 16:06
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bir neçə dövlətin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın qanunlarını pozaraq işğal altında olan ərazilərə səfər edib, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğini aparmağa çalışıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı açıq çağırışlar edib.
"Xəbəraz.az "xəbər verir ki, bunu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı fikirlərini bölüşən Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Bildirib ki, A.Lapşin Azərbaycan Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur. Yəni, Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. Söhbət tam hüquqi müstəvidə ikitərkibli cinayət törətmiş bir şəxsin cinayət məsuliyyətinə cəlb olunmasından gedir. "Birincisi Avropa Şurasının "Ekstradisiya" haqqında 1957-ci il 13 dekabr tarixində Parisdə qəbul olunmuş Konvensiyası var. Azərbaycan bu konvensiyanın üzvüdür.
Bu konvensiyanın 6-cı maddəsinə görə də Azərbaycanın həm öhdəlikləri, həm də hüququ var ki, onun ərazisində cinayət törətmiş şəxsi harada olmasından asılı olmayaraq tələb etsin. İkincisi Müstəqil Dövlətlər Birliyinin 1993-cü il də imzalanmış "Mülki ailə və cinayət işləri üzrə münasibətlər haqqında konvensiyasına görə, dövlətlər Müstəqil Dövlətlər Birliyinin hər hansı birinin ərazisində cinayət törətmiş şəxsin digər dövlətə ekstradisiyası haqqında üzərlərinə öhdəlik götürürlər. 2002-ci ildə imzalanmış və 2004-cü ildə qüvvəyə minmiş Kişinyov Konvensiyasında da dövlətlər eyni öhdəliyi üzərlərinə götürürlər. Eyni zamanda, Azərbaycan Respublikasının milli qanunvericiliyi var. 2001-ci ildə biz "ekstradisiya haqqında" qanun qəbul etmişik. Bu qədər hüquqi sənədlər var. Azərbaycan bu sənədlərə əsaslanaraq Belarus Respublikasının mühafizə orqanlarına müraciət edib. Onlar da Beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət edərək Azərbaycanın bu müraciətini yerinə yetiriblər. Bu məsələnin kökü, mahiyyəti beynəlxalq hüquqa əsaslanır", - deyə Ziyafət Əsgərov vurğulayıb.
Komitə sədri qeyd edib ki, Azərbaycan beynəlxalq hüquqa hörmət edən güclü dövlətdir. A.Lapşinin ekstradisiyası Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin və diplomatiyamızın parlaq uğurudur.
Xəbəri paylaş
7008 dəfə oxunub.
Digər xəbərlər

22-02-2016, 13:14
Cazibədar müğənni İTV-nin aparıcısı oldu
23-12-2015, 19:38
Azərbaycan əhalisi bu il 1,1 milyard manat kredit faizi ödəyib
7-10-2021, 11:33
Mətanət İsgəndərlinin gəlini ÜSYAN ETDİ: Ərim sevgilisi ilə qalır
11-09-2016, 12:11
“Neftçi”də TƏCİLİ İCLAS: Mükafatlar ləğv edildi, günahkarlar...
17-08-2020, 14:08
Prezident onlara general-leytenant rütbəsi verdi - SİYAHI
11-07-2022, 12:20
Bəzi yerlərdə 42 dərəcə isti olacaq - PROQNOZ
29-02-2016, 11:30
Bir gün evdən çıxdı, peşman etdilər
1-05-2020, 21:14
"Korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq” - İlham Əliyev
17-11-2021, 15:45
Gədəbəy məktəbində kobud yanlışlıq: Ölkənin adı SƏHV YAZILDI - FOTO
25-10-2018, 14:47
Başqa kişi ilə mesajlaşan arvadını boğub öldürənə hökm oxundu