Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rasim Balayev: Elza Seyidcahanın AYB-yə üzvlüyü qiyamət əlamətidir
Tarix: 21-08-2023 | Saat: 15:37
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Bir neçə gün öncə BBC agentliyinə verdiyi müsahibə ilə gündəmə gəlmiş Xalq artisti Rasim Balayev çıxışının bir hissəsində maraqlı ifadə işlədib.

“Eynicinsli adamlar xəstədirlər. Kişilərlə kişilərin, qadınlarla qadınların evlənməsi, insanların azğınlaşması, Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv olması qiyamət əlamətidir”.

Bu söhbətlə, daha doğrusu Elza Seyidcahanla bağlı  sualını cavablandıran Rasim Balayev qeyd edib ki, o verdiyi bütün müsahibə və açıqlamalarda öz subyektiv fikrini səsləndirir və heç bir jurnalist bunu dəyişdirməyə çalışmamalıdır.
“Bəli mən elə bir fikir səsləndirdim, bu mənim şəxsi fikrimdir, subyektiv düşüncəmdir, Elza Seyidcahan barədə də dediklərim səhvdir və ya düzdür, qəbul olunur, yaxud olunmur, hər bir halda bu mənim fikrimdir”,- deyə o bildirib.


Xalq artisti yenidən polemikalara səbəb olmaq istəmədiyini bildirib.

Ötən il  Rasim Balayev bəstəkar-müğənninin şeirlərini haqda danışarkən "Ona deyən yoxdur ki, işinlə məşğul ol? Sən şair deyilsən. Bu şeirlər efirlik deyil" sözlərini demişdi.

Elza Seyidcahan isə cavab olaraq "Rasim Balayevə təşəkkür edirəm, oxucumdur, məni müzakirə edir. Rasim bəy, məni oxumağa davam edin”,-demiş, qatıldığı proqramlardan birində  aktyorun alnından öpmüşdü.



Xəbəri paylaş

1418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___