Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
5 saat yuxu erkən ölümə səbəb ola bilər
Tarix: 21-08-2023 | Saat: 11:51
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

ABŞ-ın Missuri ştatından olan oftalmoloq Den Friderix bildirib ki, qeyri-kafi yuxu erkən ölüm riskini artırır.  

Bu barədə CNN məlumat yayıb.  


Onun sözlərinə görə, 5 saat yuxu erkən ölümə səbəb ola bilər:

"Tədqiqatlar dəfələrlə göstərdi ki, yuxunun optimal miqdarı bir gecədə altı-səkkiz saat,  ən azı yeddi saatdır. Doqquz saatdan çox yatırsınızsa, bu, həm də zərərlidir. Ancaq beşdən az yatmaq, edə biləcəyiniz ən pis şeydir. Ümumilikdə ölüm hallarının artması, ürək-damar xəstəlikləri, hər cür xəstəlik bu qədər az yatmağınızdan qaynaqlanır."

2022-ci ildə edilən bir araşdırma, həmçinin, gecə beş saatdan az yatmağın yaşlı insanlarda vaxtından əvvəl ölüm riskini dörddə bir artıra biləcəyini göstərib. London Universitet Kolleci tərəfindən aparılan araşdırmanın nəticələri Böyük Britaniyada yaşı 50-dən yuxarı olan 7 864 nəfərin məlumatlarına əsaslanıb.

Araşdırmanın aparıcı müəllifi Severin Sabia bildirib ki, insanlar yaşlandıqca yuxu vərdişləri və quruluşu dəyişir. Bununla belə, gecə yeddi-səkkiz saat yatmaq tövsiyə olunur, çünki bundan çox və ya daha az yuxu müəyyən xroniki xəstəliklərin inkişafı ilə əlaqələndirilir.Ən yaxşı yuxunu təmin etmək üçün yaxşı yuxu gigiyenasına riayət etmək, məsələn, yataq otağının sakit, qaranlıq və rahat temperaturda olmasını təmin etmək vacibdir.

Yatmazdan əvvəl elektron cihazları kənara qoymaq və ağır yeməklərdən qaçmaq da tövsiyə olunur. Gün ərzində fiziki fəaliyyət də yaxşı yuxuya kömək edə bilər.



Xəbəri paylaş

988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___