Ərdoğan: “Mən Rusiya və ABŞ-ı xəbərdar etdim”
Tarix: 26-04-2017 | Saat: 11:12
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Türkiyə İraqın şimalındakı kürd terrorçularına qarşı keçirilən əməliyyat barədə Rusiya, ABŞ və digər tərəfdaş ölkələri əvvəlcədən xəbərdar edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezident Rəcəb Tayyip Ərdoğan “Röyters”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İraqın Sincar şəhərində və Suriyanın şimalında əməliyyatlar terrorçular tam məhv edilənədək davam etdiriləcək. Ərdoğan Sincarın PKK terrorçularının bazasına çevrilməsinə imkan verməyəcəyini bildirib.
“Biz tədbirlər görməyə borcluyuq. Biz addımlar atmalıyıq. Biz bu barədə ABŞ, Rusiya və İraqı məlumatlandırdıq. Bu əməliyyat barədə Bərzani də (İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani – red.) məlumatlı olub”, - deyə Ərdoğan qeyd edib.
O, əməliyyat zamanı “Peşmərgə” kürd silahlı dəstələrinin bir neçə üzvünün ölümündən təəssüfləndiyini bildirib. Ərdoğan əməliyyatın “Peşmərgə”yə qarşı yönəlmədiyini qeyd edib.
Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri bu gün kürd terror qruplaşmalarının (PKK, PYD, YPG) Suriya və İraqdakı mövqelərinə güclü zərbələr endirib. Terrorçular arasında xeyli itkilərin olduğu bildirilir.
Ankara bundan əvvəl dəfələrlə Vaşinqtonu PYD və YPG-ni silahlandırmaqda ittiham edib. ABŞ İŞİD-lə mübarizədə kürd terror qruplaşmalarını müttəfiq hesab edir.
Advertising 29
Xəbəri paylaş
6918 dəfə oxunub.
Digər xəbərlər

10-03-2016, 17:20
Məşhur futboçu Azərbaycana gəlir
19-09-2017, 09:13
XANIMLAR, DİQQƏT: Təmizlik vasitələri xərçəng yaradır
12-03-2022, 11:53
Yağlı yeməkdən sonra soyuq su içməyin, yoxsa...
21-12-2022, 11:41
BU NƏDİ BELƏ: `Hacı Turqay`ın da HACILIĞI ŞÜBHƏ DOĞURUR... - İndi bu məhsulu yeməliyik?
30-12-2016, 11:23
Naşükürlüyün 3 amili
16-06-2023, 13:08
Bakıdan rayonlara dənizlə sərnişin daşınsın! - TƏKLİF
6-08-2017, 13:08
İki bacı İnstaqram-da canlı yayımda öldü - VİDEO
22-06-2017, 11:36
Bakının mərkəzində "Land Cruiser” ağır qəzaya düşdü - VİDEO
2-10-2021, 14:07
Bakıda film kimi olay: Ər-arvadı belə soydular - VİDEO
4-01-2017, 19:24
ABŞ-da qatar relsdən çıxdı: 37 yaralı