Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bloqer Aysel: “Hansı ağıldasınız ki, o an Nicata kömək etmək əvəzinə video çəkmisiniz” - FOTO
Tarix: 16-08-2023 | Saat: 11:43
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər


"Nicatın qəza keçirməsini eşidən kimi, gecə saat 02:00-da qaçdıq xəstəxanaya. Səhər 07:00-da gəlmişəm evə. Hər kəs orada idi, hamı dua edirdi. Hər şey yaxşı olacaq. Əlimizdən bir şey gəlmir, sadəcə dua edək. İnsanların acısından bəslənməyin, bəsdirin, qurtarın neqativinizi insanların üzərinə tökdünüz. Ağlınıza gələni bilib-bilmədən danışmayın". 

Xeberaz.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun bloqer qızı Aysel Şükürova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Aysel "Nikosayağı" adı ilə məşhurlaşan bloqer Nicat Şakirlinin düşdüyü dəhşətli qəzadan sonra çəkilən videoları sosial mediada paylaşanları sərt şəkildə tənqid edib:  

"Siz çox günahsızsınız? Səhvsizsiniz? Mükəmməlsiniz? Sizinlə eyni havanı udmaqdan iyrənirəm. Hələ xəstəxanada canlı açıb, "prim" yığan boynu yoğunların neçəsi ilə dalaşıb, canlılarını bağlatdırdım. Murdarsınız! Bir insan həyatı heç bir aktivlikdən "follow" yığma həvəsindən daha əskik ola bilməz. Özünüzə gəlin!  Kimdə nə video varsa saxlasın özünə, paylaşmayın. Onları ailəsi baxır. Siz hansı ağıldasınız ki, o an orada kömək etmək əvəzinə video çəkmisiniz, hələ utanmadan "Hekayə bölümündə paylaşdım, girin baxın" yazırsınız.

Düşünmürsünüz ki, o videonu görən doğması nə hala qala bilər? Yaşadığı travma ömürlük bəsdir. Çəkdiyiniz görüntülərlə hələ bir ölümsüzləşdirirsiniz həmin anları. Bir kəlmə "Allah kömək etsin" yazın, bəsdir. Dünən ailəsinin ayaq üstə dayanmağa halı yox idi. Hamı şokda, məyus, üzgün idi... Siz də videolar qoyursunuz, utanmadan hələ pis şərhlər yazırsınız. Sanki siz o yazdıqlarınızla günah qazanmırsınız? Ən böyük günah sizə yazılır. İnsanların haqqına girib, acılarından bəslənməyi buraxın. Dünən xəstəxanada Nicatı sevən izləyiciləri, dostları necə göz yaşı tökürdülər, dua edirdilər. Nə olar ki, siz də dua edəsiniz. Ağzınıza, ağlınıza gələni yazmayın, danışmayın. Bu pis günlər keçər, amma siz pis insan olaraq qalacaqsınız. Ona görə də heç zaman qabağa getməyəcəksiniz". 

Qeyd edək ki, Nicatın idarə etdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində dərhal xəstəxanaya çatdırılan bloqerin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.      

Məqaləyə dair fotomateriallar:



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___