Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Mənə elə gəlir ki, şörgözəm" - İradə FOTO / VIDEO
Tarix: 05-12-2015 | Saat: 19:54
Bölmə:Karusel / Şou-Biznes / M2 / Müsahibə | çapa göndər

"Mənə elə gəlir ki, şörgözəm" - İradə  FOTO / VIDEO

Onun ifa etdiyi "Amma yenə də..." mahnısı qısa zaman kəsiyində dillərə düşdü. Onun az zaman ərzində populyar olacağı heç ağlına da gəlmirdi. Bunu özü də etiraf edir. Söhbət gənc müğənni İradə Mehridən gedir. İradə xanımla söhbətimiz o qədər maraqlı oldu ki, saatın fərqinə varmadıq. Xeberaz.az həmin müsahibəni sizə təqdim edir.

- İradə xanım, siz də səhnə üçün "doğulan"lardansınız?

- Zənnimcə, mən elə müğənni olmaq üçün doğulmuşam. Çünki bu sənətə həvəsim uşaqlıq illərimdən olub.

- Ailənizdən bu sənəti seçməyinizə etiraz edənlər olubmu?

- Valideynlərim tərəfindən bir o qədər də olmayıb. Amma mən ailə qurandan sonra müəyyən qədər maneələr oldu. Ona görə səhnə fəaliyyətimə gec başladım.

- İndi ailəlisiniz?

- Xeyr, artıq bir neçə ildir ki, ayrılmışam.

- Səbəb nə oldu ayrılmağınıza?

- Bilirsiniz, mən çox şeyə güzəştə getməyi bacaran bir qadınam. Amma artıq dözə bilməzdim. Evə pul gətirməyib, arvad "şot"una dolanan bir kişi ilə eyni damın altında yaşamaq mənim üçün çətin oldu.

- Ondan sonra ailə qurmaq barəsində düşünmədiniz?

- Sözün düzü, tam olaraq elə bir fikrim olmayıb. Amma nmən də qadınam, mənim də sevməyə , sevimləyə, diqqətə və qayğıya ehtiyacım var. Mənimlə münasibət qurmaq istəyən kifayət qədər insan olub, amma hiss etmişəm ki, heç kim daimi olaraq məni istəmir.

- Hissiyatınız belə güclüdür ki?

- Çox güclüdür. İnsanları hiss edib, duya bilirəm. Mənim bir xasiyyətim var. Qarşımdakı insandan pis bir hərəkət görəndə, yaxud hiss edəndə, ondan mədəni surətdə uzaqlaşıram. İstəmirəm ki, o, mənim gözümə pis bir insan kimi görsənsin. Onu ilk dəfədən necə görmüşəmsə, yaddaşımda elə qalamasını istəyirəm.

- Adınız kimi özünüz də iradəlisiniz?

- Çox güclü və iradəli bir qadınam. Bunu zaman-zaman özümə sübut edə bilmişəm.

- İrada xanım, yatsanız, yuxunuza nə girməzdi?

- Mənim heç ağlıma gəlməzdi ki, bir gün mənim mahnımın sədaları altında kimlərsə rəqs edəcəkək. Təsəvvür edin, bir neçə gün bundan öncə gecə məhlədə öz manhımı eşitdim. Eyvana çıxanda gördüm ki, bir neçə gənc mənim "Amma yenə də" adlı mahnımın sədası altında rəqs edir.

- Plastik əməliyyatdan istifadə etmisiniz?

- Bu vaxta qədər etməmişəm...

- Bəs bundan sonra?

- Sözün düzü fikrim var, amma haramı plastik əməliyyat etdirmək istədiyimi deməyəcəyəm (gülür).

- Ehtiraslısınız?

- Bəli, çox ehitraslıyam. Hərdən mənə elə gəlir ki, şorgözəm (gülür). Amma təkcə əks-cinsə yox, xanımlara da diqqət edirəm.

- Bu nə anlama gəlir?

- Xeyr, qətiyyən, ağlınıza elə bir fikir gəlməsin. Hər şey qaydasındadır (gülür).

- Arxanızca "sürünən"lər çoxdur?

- O qədərdir ki, sayını itirmişəm...

- Çox səmimi insansınız... Bu səmimilik nədən irəli gəlir?

- Özümdən. Mən özüm kimiyəm. "Maskalanmağ"ı bacarmıram. Amma mənim belə sadə olmağımdan bəzən sui-istifadə edirlər.

- Geyimdə sərhəd tanıyıtrsınız?

- Mən isətdiyim kimi geyinən bir insanam. Dəblə bir o qədər də ayaqlaşmıram. Mənə necə rahatdırsa, nə yaraşırsa, onu da geyinirəm.

- Amma yenə də... Bu fikri nahsı məntiqi sonluqla bitirmək istəyirisiniz?

- Amma yenə də sevmək istəyirəm (gülür).
"Mənə elə gəlir ki, şörgözəm" - İradə  FOTO / VIDEO
"Mənə elə gəlir ki, şörgözəm" - İradə  FOTO / VIDEO
"Mənə elə gəlir ki, şörgözəm" - İradə  FOTO / VIDEO
"Mənə elə gəlir ki, şörgözəm" - İradə  FOTO / VIDEO
"Mənə elə gəlir ki, şörgözəm" - İradə  FOTO / VIDEO
"Mənə elə gəlir ki, şörgözəm" - İradə  FOTO / VIDEO
"Mənə elə gəlir ki, şörgözəm" - İradə  FOTO / VIDEO


Xəbəri paylaş

7448 dəfə oxunub.

Digər xəbərlər
30-06-2016, 00:50 Müəllimlik vakansiyası

bütün xəbərlər
____ Instagram ___