Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“WhatsApp”dan möhtəşəm yenilik - Eyni telefonda iki hesab
Tarix: 14-08-2023 | Saat: 20:17
Bölmə:Karusel / Texnologiya | çapa göndər


Dünyanın məşhur ani mesajlaşma tətbiqi “WhatsApp”, istifadəçilər üçün çox faydalı olacaq yeni funksiyanı tədricən təqdim etməyə başlayıb.

Yenilik Android və iOS istifadəçilərinə multi-hesab funksiyasını quraşdırmağa imkan verməsindən ibarətdir. Yəni artıq eyni telefonda iki hesab açmaq mümkün olacaq.

Android üçün ən son “WhatsApp” beta yeniləməsi (2.23.17.8) birdən çox hesab əlavə etmək seçimini rəsmi olaraq elan edib.


Bu zaman öhbətlər və bildirişlər hər bir hesab üçün ayrıca saxlanılır. İstifadəçi çıxış etməyi seçənə qədər yeni əlavə edilmiş hesablar cihazda açıq qalır.

“WhatsApp”ın çox hesablı xüsusiyyəti sayəsində artıq bir tətbiq daxilindən birdən çox fərqli nömrə ilə tətbiqdən istifadə edə bilərsiniz.

“WhatsApp”ın yeni funksiyası işgüzar zənglər və şəxsi söhbətlər üçün ayrıca hesablardan istifadə edən insanlar üçün çox faydalı olacaq.

“WhatsApp”da birdən çox hesabı necə əlavə etmək olar?

“WhatsApp”ı açın;

Parametrlərə toxunun;

Yuxarıdakı profil şəklinin yanındakı ox işarəsinə toxunun;

“Hesab əlavə et” düyməsinə toxunun;

Yeni hesabınızı əlavə edin.

Çox hesablı xüsusiyyət Android üçün WhatsApp beta versiyasının ən son yeniləmələrini quraşdırmış bəzi beta istifadəçiləri üçün əlçatandır. Xüsusiyyətin yaxın həftələrdə hər kəsə üçün istifadə edilə bilən olacağı gözlənilir.



Xəbəri paylaş

1768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___