Mingəçevirin icra başçısının oğlu yenə avtoqəza törədib – ŞOK İDDİA
Tarix: 15-11-2021 | Saat: 22:00
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun kiçik oğlu Orxan İsmayılovun avtomobil qəzası törətməsinə dair xəbərlər dolaşır.
"Xeberaz.Az" xəbr verir ki, Mingəçevirdən daxil olan məlumata görə, hadisə bir neçə gün əvvəl şəhidlərin ildönümündə Mingəçevir şəhərində baş verib.
Bildirilir ki, icra başçısının oğlu Orxan İsmayılov özünə ad günü keçirdiyi gün axşam saatlarında idarə etdiyi “CEEP” markalı avtomaşınla qəza törədib. Belə ki, icra başçısının oğlu öz maşını ilə “Mersedes” markalı, “AZ 10-RN-441” dövlət nömrə nişanlı maşını qabaq hissəsindən vuraraq səkiyə atıb, nəticədə Mersedesin sürücüsü vətəndaş Ruslan Əliyevin hadisənin nəticəsində qolu sınıb.
Saytımıza verilən məlumatda bildirilir ki, qəzanın ardından Orxan atası İlham İsmayılova xəbər verib və icra başçısının göstərişilə ərköyün oğlunun maşını hadisə yerindən aparılıb. Qəzada xəsarət alan Ruslana isə yeni maşın alacaqları vədilə 7 min beş yüz manat pul verildiyi, Ruslanın da həmin pulla Gəncədə müalicələrə cəlb edildiyi iddia edilir. Məlumata görə, Ruslanın sınıq xəsarətinin müalicəsinə tanınmış travmotoloq-cərrah Məzahir həkim cəlb edilib. İcra başçısının istəyilə hadisənin ictimaiyyətdən gizlədildiyi və yerli polis araşdırmasından yayındırıldığı, yumşaldıldığı da bildirilir.
Xatırladaq ki, Mingəçevirin icra başçısının oğlunun avtoxuliqanlığı haqda hələ ötən ilin iyununda da informasiya yayılmışdı. Orxan İsmayılov 2020-ci ilin yayında idarə etdiyi Land Cruiser markalı 45 — 710 dövlət nömrə nişanlı avtomobillə Mingəçevir icra hakimiyyəti tərəfdən hərəkətdə olarkən teatr binası istiqamətində dönüb giriş qadağasını pozmuşdu. Eləcə də bir ailənin haqlı narazılığını da qəbul etməyərək həmin şəxslərlə insident yaşamışdı./demokratik.az
Qəzadan çəkildiyi bildirilən fotonu da təqdim edirik…
Xəbəri paylaş
5208 dəfə oxunub.
Digər xəbərlər

21-10-2021, 08:47
Zəhərlənmədən ölən uşaqlar göbələyi özləri yığıbmış...
24-08-2016, 13:52
Red Bull içdi, öldü - FOTO
16-05-2016, 23:22
Şəki-Qax sərhədində yol terroru: 1 ölü, 2 yaralı
13-02-2016, 11:17
BMT-nin 6 sülhməramlısı öldürüldü
21-06-2022, 11:58
Gəncədə parkda karusel qırıldı: Uşaq xəsarət aldı
7-02-2021, 02:57
4 aydır itkin düşən hərbçimizin şəhid xəbəri gəldi
3-04-2016, 11:07
“Azərbaycan əsgərinin qəhrəmanlığı...” - İsa Qəmbər
15-04-2015, 21:22
İlham Əliyev komissiyanın tərkibini təsdiqlədi - SİYAHI
30-05-2020, 19:54
Daşkəsənə dolu yağdı - FAKTİKİ HAVA
3-07-2016, 13:25
Burak Ylmazı Çində döydülər - Video