Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə 12 manata olan geyimi 120 AZN-ə SATIRLAR - VİDEO
Tarix: 08-08-2023 | Saat: 09:33
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Geyim mağazasında satılan paltarın qiyməti müzakirələrə səbəb olub.

Bakıda mağazaların birində Türkiyədən 199, 99 lirəyə, yəni təxminən 12 manata alınan pencəyin 120 manata satışa qoyulduğu iddia edilib.
Qeyd edək ki, mağazaya daxil olan müştərilərdən biri bunu çəkərək ictimailəşdirib.

Mağazada çalışan Qalina Brızqunova "Xəzər Xəbər"ə bildirdi ki, deyilənlər heç də doğru deyil. Yəni 120 manat satış qiymətinə tək pencək deyil, həm də şalvar daxildir. Yəni fotonu çəkən şəxs yalnız pencəyin türk lirəsi ilə olan qiymətini çəkib, ictimailəşdirib. Üstəlik həmin paltar 5 il əvvəl alınıb. Həmin vaxtı isə türk lirəsi indiki ilə müqaisədə dəfələrlə baha olub.

Marketoloq Elxan Mərdanlı isə hesab edir ki, indiki məzənnə ilə 200 türk lirəsinə alınan paltarın 120 manata satılması doğru deyil. Üstəlik alıcılar belə hallarda diqqətli olmalı, sadə araşdırma aparmalıdırlar.
Ekspertin sözlərinə görə, istehsalçı firmalar, xüsusilə tekstil sənayesində malın topdansatış qiymətindən maksimum 3 dəfə baha satılmasını tövsiyyə edirlər.

O da bildirildi ki, bu kimi və bənzər hallarda narazı qalan müştərilər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət edə bilərlər.
 


Xəbəri paylaş

1568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___