Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu dəfə də sülh olacaq ?
Tarix: 22-05-2015 | Saat: 15:52
Bölmə:M / İdman / M2 | çapa göndər

Bu dəfə də sülh olacaq ?






Bu gün Azərbaycan Premyer Liqasında 35-ci turun oyunlarına start veriləcək.

Xeberaz.az-ın məlumatına görə, turun bütün oyunları eyni gündə baş tutacaq.

"Sumqayıt" evdə "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Son turda AZAL-a qalib gələn Lənkəran təmsilçisi bu görüşdə də qələbə qazanmağa çalışacaq.

Son turda istirahət edən "Neftçi" səfərdə autsayder "Bakı"nın qonağı olacaq. Mövsümü üçüncü pillədə başa vurmaq şanslarını saxlayan "Neftçi" bu oyunda mütləq qələbə qazanmalıdır. Əks təqdirdə Arif Əsədovun komandası mövsümü mükafatçılar sırasında başa vura bilməyəcək.

Çətin günlərini yaşayan "Simurq" səfərdə AZAL-la üz-üzə gələcək. AZAL bu görüşdə qalib gələcəyi təqdirdə "Simurq"la xalını bərabərləşdirəcək. Zaqatala təmsilçisinin buna nə dərəcədə imkan verəcəyi maraq doğurur.

Turun son qarşılaşması "İnter Arena"da keçiriləcək. Burada "Qarabağ" və "İnter" komandaları qarşılaşacaq. Ağdam təmsilçisi artıq çempionluğunu rəsmiləşdirdiyi, "İnter" isə gümüş medalları özü üçün təmin etdiyinə görə bu oyun komandalar üçün formal xarakteri daşıyacaq. Cari mövsüm Premyer Liqada son matçına çıxacaq "Qarabağ" "İnter"lə oyundan qalib ayrılmağa çalışacaq.

Xatırladaq ki, cari mövsüm ərzində İnter və Qarabağ 3 dəfə qarşılaşıblarş hər 3 görüş 0-0 hesabıyla nəticələnib.


Xəbəri paylaş

6248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___