Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Tünzalənin kim olduğunu nişanlandıqdan sonra bildim"
Tarix: 03-08-2023 | Saat: 11:17
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Tünzalənin kim olduğunu nişanlandıqdan sonra bildim""Hər zaman sənətini öndə tuturdu. Biz əvvəl tanış olduğumuz zaman mənə bir söz demişdi, "Sənətim sənə mane törədər?" Nişanlandıqdan sonra Tünzalə Əliyevanın kim olduğu bildim".

Bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə yazıb:

"Rəbbim şahidimdir ki, mən o günə kimi Tünzalənin belə adlı-şanlı olmasını bilmirdim. Çünki televizora baxan deyildim. Amma onu "Toppuş bacı" kimi tanıyırdım. Ailə qurduq və mənə dedi ki, "bircə sən desən sənətdən get o zamam gedərəm. Yoxsa əsla sənətimi tərk etmərəm". Daim oynadığı tamaşalardan, çəkildiyi seriallardan, filmlərdən danışırdı.

Oynadığı rolları izləyir və öz səhvlərini axtarırdı. Tünzalə səsi batdığı gün mənə söylədi ki, "səhnəsiz ne edəcəyəm, ölərəm səhnəsiz". Mən isə ona "Düzələcək səsin, narahat olma" deyirdim. "Səs və qulaq qüsurlu insanlar üçün səhnə quracağam" dedi və bu dünyada ömrü çatmadı ki, düşüncələrini reallaşdırsın.

Əvvəlcə Rəbbimə, sonra sənə qovuşacağım günü gözləyirəm".

Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib. Onun Zəhra adlı bir qız övladı var.






Xəbəri paylaş

3428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___