Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda sosial şəbəkədə “Giveaway” bazarı: - İri pullar fırlanır...
Tarix: 02-11-2021 | Saat: 12:04
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər


Sosial şəbəkələrdə keçirilən “Giveaway” adlı yarışmaların sayı günbəgün artmaqdadır. Bu oyunlarda avtomobil, zinət əşyaları, mobil telefon, bahalı hədiyyələr, pul mükafatı və ya başqa hədiyyələr uduşa qoyulur. Bu hədiyyələri udmaq istəyən izləyicilərə isə qoyulan şərtlər çox sadədir. Belə ki, oyuna qoşulmaq istəyən izləyicilər qoyulan vaxt ərzində qeyd edilən sponsor şirkətlərin səhifələrini izləməli və həmin posta dostlarını “tag” etməlidirlər.
“Giveaway” oyunları ən çox bloqqer, izləyicisi çox və aktiv olan səhifələrdə keçirilir. Hətta son zamanlarda yerli məşhurlar da bu axına qoşulub. Məsələn, Aygün Kazımova, Xatirə İslam, Natavan Həbibi, Nigar Camal, Aysun İsmayılova və s. məhşurlar da bu siyahıda var. Bu məhşurlar bir çox bloqqerlərdən fərqli olaraq, oyunu reallaşdırmaq üçün təşkilatçılardan daha böyük məbləğdə qonarar tələb edirlər.

Bu oyunlar zamanı saxtakarlığa, fırıldaqçılığa əl atanların sayı da az deyil. Zaman-zaman bu barədə sosial şəbəkələrdə narazılıqlar səsləndirilir, faktlar irəli sürülür və s. Adətən, şikayətçilər arasında pulunu və ya udduğu hədiyyəni ala bilməyən yarış iştirakçıları, yarış keçirilən səhifəyə sponsorluq edən, gələn izləyici sayından məmnun qalmayan iri və ya xırda biznes sahibləri olur. Bu cür problemlər yaşandığı zaman insanlar bilmirlər kimə və haraya müraciət etsinlər.

Digər bir məsələ isə ondan ibarətdir ki, bu oyunlarda iri məbləğlərdə pullar oynanılır, qazanılır, lakin vergi verilmir. Maraqlıdır, görəsən niyə? Aylıq 200-300 manat əmək haqqı alan vətəndaş vergi verdiyi halda, iri məbləğlərin ortada olduğu oyunlara vergi tətbiq edilmir?

İqtisadçı Natiq Cəfərli açıqlaması zamanı bildirib ki, internet üzərindən göstərilən bir çox xidmətlərə vergi tətbiq olunmasında problemlər var.

“Bizdə uduşlarla bağlı vergi sistemi yoxdur. Depozit gəlirləri ilə bağlı vergiləndirmə sistemi var idi, lakin o da bir müddət öncə dayandırıldı.

Düşünmürəm ki, internet üzərindən hansısa hədiyyələrə, pul mükafatlarına və onları keçirən insanlara vergi tətbiq olunsun. Bu sahədə qanunvericilikdə müəyyən boşluqlar var”.


Xəbəri paylaş

3618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___