ANS-dən XƏBƏR VAR
Tarix: 13-04-2017 | Saat: 13:14
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media" Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, məhkəmə ANS-in şikayətini təmin etməyib.
Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi MTRŞ-nın iddiasini təmin edib. Həmin qərardan narazı qalan ANS apellyasiya şikayəti verib.
Xatırladaq ki, MTRŞ-nın iyul ayının 18-də keçirdiyi iclasında Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayınm və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" qanunun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib.
Daha sonra ANS 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib və MTRŞ-nın lisenziyanın ləğv olunması ilə bağlı qərarının ləğv edilməsini istəyib. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in müraciəti təmin edilməyib.
Ali Məhkəmədə ANS-in MTRŞ-nın kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayətinə də baxılıb. Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib.
Xəbəri paylaş
1 9588 dəfə oxunub.
Digər xəbərlər

19-06-2022, 11:44
Zakir Həsənov Kəlbəcər və Laçında hərbi obyektlərə baxış keçirdi - VİDEO
17-01-2016, 01:21
Bakıda qadın bahalı xəz paltonu oğurlayan zaman kameraya düşdü - Video
18-06-2016, 11:14
Rus OMON-u bu paytaxt şəhərə girdi
6-12-2016, 01:19
Nazirlik ixrac missiyaları təşkil edəcək
1-02-2019, 10:46
Bu il əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlanıb
23-09-2020, 17:03
Lavrov: 5 rayonun qaytarılmasının tərəfdarıyıq - Video
6-09-2016, 19:57
Leysan Şəkidə mərkəzi yolları dağıtdı - VİDEO
4-04-2015, 23:28
40 il əvvəl «Microsoft» necə yarandı!?
26-10-2021, 12:13
“Birlik” MTK sakinləri BELƏ OYUNA SALDI... - "Bu pulu bizə kimsə bağışlamayacaq..."
23-01-2018, 13:11
Azərbaycanda 2 məmur qəfil öldü - ADLAR