Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Röya Aygün Bəyləri məhkəməyə verməsindən danışdı - "Paxıldır"
Tarix: 29-07-2023 | Saat: 11:16
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər



Xalq artisti Röya Ayxan Əməkdar artist Aygün Bəyləri məhkəməyə verməsindən danışıb. 

Müğənni bu haqda "Elgizlə izlə" proqramında bəhs edib. O bildirib ki, xanəndəni məhkəməyə verib və daha sonra bunu unudub:

"Bir gün xəbər gəldi ki, apellyasiya məhkəməsinə müraciət etməlisiniz? Dedim, kimi? Söylədim ki, ərizəni cırıb tullayın. Verilişə çıxıb danışmazdan bir neçə gün əvvəl onu dostumuzun evinə çağırtdırdım. Dedim, nə problemimiz var? Qayıtdı ki, aramızda nə problem var? cavab verdi ki, toyda məni görüb və "salam" verməmisən. Qalxdım ayağa və dedim, yüz dəfə üzr istəyirəm. Aradan bir həftə keçdi, çıxıb proqramda danışdı. Problem balaca qəlbin içində küsmək yox, qara nöqtədir. O da paxıllıqdan irəli gəlir. Allah hər kəsi paxıllıqdan hifz etsin".

Qeyd edək ki, A.Bəylər R.Ayxanın ünvanına "Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur... Elə 80 faizi o gündədir. Mən sənətkaram. Onu xalqın qarşısında bu səviyyəyə qaldırmağa ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən" sözlərini demişdi.




Xəbəri paylaş

1468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___