Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
15 il öncə evlənən aktrisa toy EDƏCƏK: "Qohumlar üçün olmayacaq” - VİDEO
Tarix: 19-07-2023 | Saat: 11:25
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər




"Gəlinliyimi özüm hazırlatdıracağam, tikdirəcəyəm. Çox sadə bir gəlinlik istəyirəm. "Abartılı" şeylər istəmirəm". 

Bu sözləri aktrisa Zümrüd Qasımova qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib. 

Sənətçi bildirib ki, tezliklə həyat yoldaşı Nazim Zeynalovla evliliklərinin 15 illiyini təmtəraqlı şəkildə qeyd edəcək. 50 nəfərdən ibarət kiçik məclis keçirəcəyini söyləyən Qasımova qohumlarını çağırmayacağını açıqlayıb: 

"Toyumda az qonağın olmasını istəyirəm. 50 nəfər qonaqdan artıq insan istəmirəm. Orada mənə yaxın olan insanlar ən əsasda cütlüklərin iştirak etməsini istəyirəm. Gənclər olsun. Fərqli bir məclisin olmasını istəyirəm. Bu məclis qohum-əqraba üçün olmayacaq.

Bəzən onlar dinləyib deyirlər ki, biz də gələcəyik. Onlara efir vasitəsi ilə söyləyirəm ki, heç kimi əziyyətə salmaq istəmirəm. Narahat olmayın! Bu kiçik bir yığıncaq olacaq. Mən həyat yoldaşımla 15 illiyimizi qeyd edəcəyik. Əgər mən böyük məclis etsəm deyəcəyəklər ki, pul yığmaq üçün edir. Hər insanın bir həyat tərzi və həyata baxış bucağı var.

Kimlərsə nələri ilə gündəmə gəlirlər. Amma mən 15 ildən sonra bu tarixi əbədiləşdirmək istəyirəm. Çünki indiki dövrdə 15 il ailəni qoruyub saxlamaq heç də asan məsələ deyil. Mən və həyat yoldaşım çox böyük çətinliklərdən keçmişik. Oddan-alovdan keçsək də amma bir-birimizin əlini buraxmamışıq. 

Yenə deyirəm bu həyatdır, həyatda isə hər şey olur. Sabah da hər şey dəyişə bilər. Amma hələlik bu arzumdur və edəcəyəm. Həyatımı isə mən istədiyim kimi yaşayıram. Bundan sonra da həyatımı belə yaşamaq istəyirəm.

Xoşuna gələnlər desinlər ki, xoşbəxt olsunlar, xoşuna gəlməyənlər isə sadəcə bizə baxmasınlar. Onsuz da haqqımda sosial şəbəkədə yazılan şərhləri az-az oxuyuram". 

Qeyd edək ki, bir müddət əvvəl Zümrüd Qasımovanın Nazim Zeynalovdan boşanması üzə çıxmışdı. Aktrisa redaksiyamıza açıqlamasında bu addımı soyadını dəyişmək istəməsi məqsədi ilə atdığını açıqlamışdı.






Xəbəri paylaş

1248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___