Qadın evi təmizləyərkən “ACE”dən zəhərlənib öldü
Tarix: 15-05-2019 | Saat: 11:17
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Şamaxı rayonunda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib.
Xəbəraz.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 1986-cı il təvəllüdlü Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, S.Musayeva mayın 13-də yaşadığı evdə "ACE" kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib.
Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib.
S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
5048 dəfə oxunub.
Digər xəbərlər

6-10-2015, 00:44
Teatr sevərlərin nəzərinə
1-11-2016, 09:40
Yəmən bombalandı - 60 ölü
22-08-2018, 11:42
Azərbaycanda ata ilə qızı eyni universitetə qəbul olundular
8-02-2017, 11:25
Qaz 6-dan sonra olacaq
28-05-2022, 10:45
Oğuzda 82 yaşlı qadın yanaraq öldü
14-03-2019, 12:20
Maliyyə Nazirliyi xidməti maşınlarla bağlı təkliflər hazırladı
5-12-2017, 14:00
“Qarabağ”-"Roma"ya qarşı
6-06-2016, 14:41
Rusiya: “Bu raketlərin satışı qadağandır”