Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı yenidən çəyirtkə hücumu ilə üz-üzə: Xəzərin sahilinə gəlib çatdılar
Tarix: 11-07-2023 | Saat: 17:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zaman-zaman Xəzər dənizinə yaxın ərazilərinə çəyirtkələrin miqrasiyası müşahidə olunur. Vətəndaşların Trend-ə verdiyi məlumata görə hazırda Bilgəh çimərliyində çəyirtkə sürülərinə rast gəlinir, çimərliyə gələn vətəndaşlar üçün maneə yaradırlar.

Məsələ ilə bağlı açıqlama verən biologiya üzrə fəlsəfə doktoru Gülzar Mustafayeva bildirib ki, çəyirtkələrin miqrasiyasına hər il demək olar ki, rast gəlinir.

"Azərbaycana əsasən çəyirtkə sürülərinin miqrasiyası Xəzəryanı ğlkələrdən olur. Bu da əsasən taxıl mövsümü ilə əlaqədardır. Çəyirtkələrin 5-6 ildən bir kütləvi artım dövrü olur. Orta Asiyadan gəlmə ehtimalı daha çoxdur. Çəyirtkənin növləri də müxtəlif olur. Elə çəyirtkə növləri var ki, kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vururlar. Çəyitkələr təsərrüfatlara ziyan vurmaqla yanaşı, aylarında məskunlaşdığı ərazilərdə külli miqdarda yumurtalar qoyaraq, növbəti illər üçün ciddi ziyanverici bazalar hazırlayırlar. Hazırda elə mövsümdür ki, çəyirtkələr arta bilər. Bu növü ilk növbədə mütəxəssislər müəyyən etməlidirlər ki, həmin növlər ölkəmizdə arta bilər ya yox. Çəyirtkələr artarsa, kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir", - deyə o qeyd edib.

Qeyd edək ki, bir neçə il qabaq Abşeron yarımadasının Novxanı, Pirşağı, Nardaran, Bilgəh kəndləri, eləcə də Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın ərazilərinə Asiya çəyirtkəsinin miqrasiyası müşahidə olunmuşdu. Asiya çəyirtkələrinin Şimali Qafqazdan, Terek çayı vadisindən gəldiyi müəyyən edilimişdi. Çəyirtkə sürüsü güclü külək nəticəsində sahili zolağında dənizə düşdüyü məlum olmuşdu.





Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___