Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanı gözəllik müsabiqəsində bu qız təmsil edəcək – FOTO
Tarix: 22-04-2015 | Saat: 11:51
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Azərbaycanı gözəllik müsabiqəsində bu qız təmsil edəcək – FOTO


Müsabiqə Kral TV ilə canlı yayımlanacaq.

Avqustun 15-də Türkiyənin İzmir şəhərində “ Miss Exclusive of the World 2015” beynəlxalq model müsabiqəsinin final mərhələsi keçiriləcək.

“Hazırda təmsilçimiz Günel Şirəliyeva ilə birlikdə yarışma ilə bağlı hazırlıqlara başlamışıq. Fotosesiylar, ölkəmizi tərənnüm edən video-tizerlər, TV və media müsahibələrə başlayırıq.Günelin üzərində tanınmış stilistlər Pərvanə Məmmədova və Sabir işləyir. Hazırlıqlar “Eurovision” müsabiqəsi formasında aparılır.

Həmçinin müsabiqənin prezidenti Çağrı Tortopla sonuncu görüşümüzdə qərar verdik ki, gələn il bu müsabiqəni ölkəmizdə keçirək. Bu ölkəmizi tanıtmaq və turizm baxımından çox gözəl addım olardı”.

Qeyd edək ki, bu il final mərhələsi isə avqust ayının 15-də İzmirdə keçiriləcək. Amma seçilən təmsilçilərimiz 25 iyuldan kampda iştirak üçün İzmirə yola düşəcəklər.

Müsabiqə Kral TV ilə canlı yayımlanacaq. Münsiflər heyətində Türkan Şoray, Uğurkan Erez, Serdar Ortaç, Çağla Şikel kimi məşhurların yer alacaq.

Xatırladaq ki, “Miss Exclusive of the World 2015” müsabiqəsində dünyanın 50 ölkəsindən qızlar iştirak edəcək. Keçən il bu müsabiqədə ölkəmizi tanınmış aktrisa və model Tamilla Həmidova Təmsil etmişdi.








Xəbəri paylaş

6938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___