Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İşdən çıxarılan aparıcı kanal rəhbərliyindən şikayətçidir - "Bütün nəslin orada işləyir"
Tarix: 06-07-2023 | Saat: 11:47
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

İşdən çıxarılan aparıcı kanal rəhbərliyindən şikayətçidir - "Bütün nəslin orada işləyir"


Tanınmış aparıcı Zamirə Dadaşova “Space” televiziyasının rəhbərliyindən şikayətçidir.

Aparıcı şəxsi feysbuk hesabında işdən çıxarılsa da, hələ də əmək kitabçasının ona verilmədiyini və bu səbəbdən yeni işə düzələ bilmədiyini yazıb: 

““Space” MMC-nin hazırkı direktoru Vado Karovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, “Space”in baş redaktoru - deyilənə görə, Karovinin qohumu olan, üzünü görmədiyim Elnurənin özbaşnalıqlarından narazıyam. Artıq neçə gündür mən əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Heç bir səbəb olmadan müəllifi olduğum “Açıq söhbət” verilişini aprelin 1-i efirdən çıxardılar. Aprelin 27-də mənə Vado Karovinin imzası ilə ixtisara düşməyimlə bağlı xəbərdarlıq göndərildi. Heç bir səbəb gətirmədən mənim əmək kitabçamı və əmri mənə vermək istəmirlər. Kadrlar şöbəsinin müdiri deyir, mən onların sözündən çıxa bilmərəm, yoxsa mənə pis olar. “Space”də yəqin dərəbəylikdir. Mənim əlimdə olan sənəd sübut deyil, Karovin? Bütün nəslin orada işləyir. Vüqar, İlqar və Qalib Fətiyev qardaşları da bütün qanunsuzluqlara əl atırlar. Əmək haqları gecikdirilir. İnsanlara şər atmaqla məşğulsunuz. Özbaşınasınız? Bilmirsiniz sizin mənə əmək kitabçasını verməməyiniz mənim işə düzəlməməyim deməkdir? Bilmirsiniz, bu mənim əmək haqqı almamağıma gətirib cıxarır?”.

Aparıcı bildirib ki, vəkili vasitəsilə məsələ ilə bağlı lazımi orqanlara müraciət edəcək. 


 

  • İşdən çıxarılan aparıcı kanal rəhbərliyindən şikayətçidir - "Bütün nəslin orada işləyir"
  • İşdən çıxarılan aparıcı kanal rəhbərliyindən şikayətçidir - "Bütün nəslin orada işləyir"
  • İşdən çıxarılan aparıcı kanal rəhbərliyindən şikayətçidir - "Bütün nəslin orada işləyir"




Xəbəri paylaş

2898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___