Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağ“ “İnter“dən üstün oldu
Tarix: 06-12-2015 | Saat: 23:45
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Qarabağ“ “İnter“dən üstün oldu
Topaz Premyer Liqasının XV turunun mərkəzi oyununda "Qarabağ" "İnter"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 34-cü dəqiqədə Dani Kintana imza atıb.

Oyundan sonra baş məşqçilər fikirlərini bildirib.

Zaur Svanadze (“İnter”in baş məşqçisi): “Baş vermiş faciə ilə bağlı başsağlığı verirəm. Oyuna gəldikdə, yaxşı çıxış etmədik, ötürmələr qeyri-dəqiq idi. Zədə və cəza probleminə görə oynamayanlar qayıdacaqlar. Sərgilədiyimiz futbolu düzəltməliyik. Biz çox toplar itirdik, mübarizəyə girə bilmirdik. “Qarabağ”la mübarizə aparmasan, nəticə qazanmaq mümkün deyil”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Düşünürəm ki, düzgün komplektləşmiş bir komandaya qarşı çıxış etdik və çox vacib bir qələbə qazandıq. Bu gün oyunçular səbrli idilər, tələsmədilər. Daninin yaxşı qolu ilə qələbə qazandıq. Oyunda etdiyim dəyişikliklər əvvəlcədən planlaşdırılmışdı. Matç da buna uyğun idi. Topla daha çox davrana bildik. Rəqib səni məcbur edəndə top itkiləri olur. Amma elə epizodlar var ki, soyuqqanlı davranmalısan”.


Xəbəri paylaş

7098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___