Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nüşabədən Röyaya SƏRT MESAJ - "O, mənim üçün çöldə oynayan uşaqdır" - VİDEO
Tarix: 03-07-2023 | Saat: 11:11
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər



Ötən gün qızı Elnarəyə təmtəraqlı və dəmdəskahlı toy edən müğənni Nüşabə Musayeva Xalq artisti Röya Ayxandan küsdüyünü və incidiyini açıqlayıb.

Xeberaz.Az bizim media-ya istinadla xəbər verir ki, bununla bağlı Nüşabə qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda danışıb.

Musayeva bildirib ki, qızının toyunda Röyanın iştirak etməsini istəyib. Lakin Nüşabə həmkarına yaxın olan insanlar vasitəsi ilə məclisə gəlməsi ilə bağlı xəbər göndərsə də, qarşı tərəfdən səs-soraq çıxmayıb.

Xalq artistinin bu addımı isə Nüşabənin xoşuna gəlməyib. O, canlı efir vasitəsi ilə Röyaya sərt ismarış yollayıb:

"Röyadan incimişəm. Ondan inciməyə və nəsə tələb etməyə haqqım var. Çünki Röya ilə uşaqlıqdan bir yerdə böyümüşük. Valideynlərim Röyanın ailəsinin pis və yaxşı vaxtlarında hər zaman yanında olub. Anamın demək olar ki, əli Röyanın və onun ailəsinin üzərində olub. Bunu Röya dana bilməz. Anası Telli xanım da bunu çox gözəl bilir.

Allah Telli xanıma can sağlığı versin. İndiyə kimi heç zaman Röyanın adını çəkib, adı ilə özümü reklam etməmişəm. Amma övlad elə bir varlıqldır ki, adamı düşmən qapısına da göndərir. Övladımın arzusu olduğu və toyunda görmək istədiyi üçün xəbər göndərdim Röyaya.

Hətta bunun üçün onun menecərinə də zəng vurub söylədim ki, nə qədər pul lazımdırsa ödəyəcəyəm, təki o, qızımın toyunda gəlib iştirak etsin. Şou əhli içində bir şəxs var, onun əli ilə xəbər göndərib, dəvətimi etdim. Röyanın özəl nömrəsini bilmirəm. Sosial şəbəkə hesabına da yazmışam. Yəni qızımın toyuna onu çağırmaq istədiyimdən xəbəri vardı.

Biz uşaq ikən Röya ilə çox yaxın olmuşuq. Çöldə çöp oynayan uşaqlar olmuşuq. Röya bu gun Xalq artisti olub, bununla fəxr edib, sevinirəm. Çünki onun nə qədər əziyyət çəkdiyini görmüşəm. Amma o mənim üçün Röyalə, çöldə oynayan uşaqdır. O, bu cür mənimlə davranmamalı, anama qarşı bu cür rəftar etməməli idi".

Qeyd edək ki, bir sıra şou-biznes nümayəndələrinin iştirak və çıxış etdiyi Nüşabə Musayevanın qızı Elnarənin toyunda özəl qonaq qismində Xalq artisti Aygün Kazımova olub. Sənətçi bir saata yaxın sözügedən məclisdə çıxış edib.






Xəbəri paylaş

1088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___