Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ÜST həyəcan təbili çaldı: Meymunçiçəyi ölkə-ölkə yaxınlaşır
Tarix: 06-06-2022 | Saat: 13:38
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

DÜNYA
13:34 06.06.2022



42


ÜST meymunçiçəyi ilə bağlı narahatedici açıqlama verib.
Dünya miqyasında meymunçiçəyinə yoluxma halları artmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı 30 ölkədə ən azı 643 meymun çiçəyi hadisəsinin təsdiqləndiyini açıqlayıb. ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus xəbərdarlıq edib ki, bir çox ölkədə meymunçiçəyi xəstəliyinin qəfil ortaya çıxması virusun illərdir səssiz şəkildə yayılması deməkdir və bir çox ölkədə hələ aşkarlanmayan çoxlu sayda yoluxma ola bilər.

Digər tərəfdən, meymunçiçəyi virusu Qərbi və Mərkəzi Afrikanın bəzi hissələri də daxil olmaqla, onilliklər ərzində bəzi ölkələrdə dövr edir. Şotlandiyanın Edinburq Universitetinin Təkamül Biologiyası İnstitutunun alimləri tərəfindən bu həftə dərc edilən yeni bir araşdırma, meymunçiçəyi virusunun 2017-ci ildən bəri demək olar ki, davamlı olaraq insandan insana keçdiyini göstərib. Bu araşdırmada genetik ardıcıllıqlar 2022-ci ildə ilk meymunçiçəyi hadisələrinin 2017-ci ildən 2019-cu ilə qədər Sinqapur, İsrail, Nigeriya və Birləşmiş Krallıqda baş verən epidemiya nəticəsində baş verdiyini ortaya qoyub.

Adətən heyvandan insana və insandan insana yaxın təmasla keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.

Qeyd edək ki, bu xəstəlik yüksək hərarət, baş ağrısı və qaşınma ilə başlayır. Eyni zamanda tərləmə, bel və əzələ ağrısı, zəiflik ilə müşayiət olunur. Qızartılar adətən ilk növbədə üzdə görünür, sonra bədənə yayılır.
 


Xəbəri paylaş

4048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___