Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın ən simic insanı: Pul xərcləmədən yaşayır - FOTO
Tarix: 20-06-2023 | Saat: 11:29
Bölmə:Karusel / Maraqlı / Dünya / Foto-fakt | çapa göndər



Keyt Nyu Yorkda yaşayan mühasibdir və pul xərcləməyi sevmir. Onun aylıq xərclərini azaltmaq üçün çox təəccüblü üsulları var. Keyt zibil yeyir, tualet kağızından təkrar istifadə edir və paltar almır.

 Keyt Haşimotonu dünyada məşhur edən onun son dərəcə qənaətcil olmasıdır. Bu, əvvəlcə bir az mənasız görünə bilər, amma Keyt Nyu-York kimi bir yerdə ayda 200 dollara dolanır. Bunu etmək üçün də onun qəribə üsulları var.

Bu günə qədər bir neçə fərqli proqramda olan Keytin tədbirləri həddindən artıq təəccüblüdür. Əvvəla, gənc qadın mebelə heç vaxt pul xərcləmədiyini deyir. Əvəzində zibilliyə atılan və faydalı əşyaları evə aparır.

Haşimoto əsl döşək üçün yüzlərlə dollar ödəmək əvəzinə, küçədən tapdığı köhnə yoqa ayaqaltılarının üstündə yatır. Onun "yemək masası" isə köhnə jurnal yığınıdır.

Həmçinin, TLC-yə verdiyi müsahibədə Keyt son 8 ildə yeni paltar almadığını, 1998-ci ildən bəri alt paltarına belə pul xərcləmədiyini etiraf edir. Bunun əvəzinə o, ikinci əl geyim mağazalarından istifadə edir.

Üstəlik, təkcə bu deyil. O, həm də gigiyena məhsullarına pul ödəmir. Əvəzində gigiyena vasitələrinin pulsuz paylandığı tədbirlərə gedir.

Keyt kağız dəsmal və tualet kağızından da istifadə etmir. Çünki o, "boş yerə pul xərcləməyə inanmadığını" etiraf edir. Bildirir ki, bu kağız məmulatlara pul xərcləmək əvəzinə, onları ictimai tualetlərdən alıb qurutduqdan sonra təkrar istifadə edir. Digər tərəfdən, paltar yumaq üçün əlavə pul xərcləmək əvəzinə, çimərkən paltarlarını da yuyur.

Təkcə bu yox, Keyt yeməyə ümumiyyətlə pul xərcləmir! O, hər axşam işdən sonra bahalı məhəllələrdəki restoranlardan zibil yığır və oradan yemək toplayır.

"Bu restoranlar tez-tez çoxlu yüksək keyfiyyətli yeməkləri, o cümlədən üzvi qidaları - həqiqətən yaxşı hazırlanmış yeməkləri atırlar", deyə Keyt bildirib.

Sonda qeyd edək ki, Keyt mühasibdir. O, əslində peşəkardır. İşlə bağlı və ya dostları ilə görüşə yalnız xərcləri ödəniləndə razı olur.


Məqaləyə dair fotomateriallar:

lent.az




Xəbəri paylaş

1268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___