Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Bu tarixdən…
Tarix: 03-06-2023 | Saat: 16:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
1188 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-06-2023 | Saat: 16:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə növbəti müraciət edib.
Müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 4-dən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!"
Xəbəri paylaş
Digər xəbərlər
14-01-2022, 11:55
Məşhurlar uşağı döyən tərbiyəçidən yazdı: "Tərbiyəsiz, səni zəlil qalasan!" - FOTO
5-03-2016, 22:17
Rusiyada neft yatağında partlayış: 1 ölü, 2 yaralı
21-12-2016, 17:40
Xəstə inəyi kəsdilər, mədəsindən 950 manat çıxdı - FOTO
19-05-2017, 11:53
Bakıda 15 can alan dəhşətli yanğından 2 il ötür
17-04-2015, 15:10
Azərbaycanda qəbir daşı və sinəüstü daşın hündürlüyü müəyyənləşdi
21-01-2016, 17:04
Bərdədə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilib.
24-01-2018, 23:03
Üç uşaq anası özünü asıb-Ağsuda
27-08-2015, 20:08
Azərbaycanlı iş adamı mühasirəyə düşdü, özünü öldürdü