Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı iş adamı mühasirəyə düşdü, özünü öldürdü
Tarix: 27-08-2015 | Saat: 20:08
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

Azərbaycanlı iş adamı mühasirəyə düşdü, özünü öldürdü
Babayev Donetskin İlovaysk şəhərində bir qrup silahlı separatçı ilə qarşılaşıb.
Ukraynanın Donetsk vilayəti ərazisində azərbaycanlı iş adamı silahlı separatçılarla atışmada yaralanıb və ölüb.

Donetsk vilayəti Azərbaycanlılar Konqresindən verilən məlumata görə, bu şəxs Ukrayna vətəndaşı, 1975-ci il təvəllüdlü Vahid Babayevdir.

V. Babayev Donetskin İlovaysk şəhərində bir qrup silahlı separatçı ilə qarşılaşıb. Silahlıların onu girov götürmək cəhdinə müqavimət göstərən iş adamı ilə quldurlar arasında atışma baş verib.

V. Babayev ağır yaralanıb və quldurların mühasirəsində qalaraq onların əlinə düşməmək üçün şəxsi silahı ilə özünü öldürüb.

Onun meyiti təxminən 10 gün separatçıların nəzarətindəki ərazidə qalıb. Donetskdəki azərbaycanlıların və Ukrayna tərəfinin apardığı danışıqlar nəticəsində meyiti çıxarmaq mümkün olub. V. Babayev doğulduğu Odessa şəhərində dəfn edilib.

Qeyd edək ki, Vahid Babayevin atası mingəçevirlidir. / APA


Donbass vilayətində yaşayış evləri yerlə bi olub.

ANS PRESS xatırladır ki, Ukraynanın şərqində döyüşlər başlayandan bu ölkədə yaşayan azərbaycanlılar da öldürülür, qarət edilir, girov götürülür. Avqustun 17-də Ukraynanın Xerson vilayətində Azərbaycan diasporasının rəhbərlərindən biri, 1956-cı il təvəllüdlü yaşlı Tağıyev İlham Tağı oğlu qətlə yetirilib.

İlham Tağıyevin meyiti ona məxsus “Mercedes” markalı avtomobildə aşkar olunub.

Polisin ilkin ehtimalına görə, naməlum şəxslər Tağıyeva Berislav şossesində o qaraja gedərkən hücum ediblər. Diaspora rəhbərinin başına küt alətlə 3 zərbə endirən cinayətkarlar, onu maşından çıxaraq döyüblər. Nəticədə tağıyevin 3 qabırğası sındırılıb. İ.Tağıyevi qətlə yetirdikdən sonra naməlum şəxslər onun üzərindən evinin açarlarını götürürək mərhumun evini qarət ediblər. Hazırda evdən nə qədər pul və zinət əşyasının götürüldüyü məlum deyil.


Hadisə yerindən görüntü

İ. Tağıyev həmçinin iş adamı olub. O ət polufabrikatlarının satışı ilə məşğul olub. Cinayətin iş adamının biznesi ilə əlaqədar törədilməsi güman olunur.

Bundan başqa, bu ilin amrt ayında əslən Azərbaycanın İmişli rayonundan olan Ukrayna vətəndaşı, 59 yaşlı Rza İsmayılov hücuma məruz qalıb..

Dnepropetrovsk vilayətində yaşayan R. İsmayılov şəxsi işi ilə bağlı Krasnoarmeysk şəhərinə gedərkən şəhərin girişində maskalı, hərbi geyimdə olan bir neçə naməlum şəxs onun avtomobilinin qarşısını kəsib. İş adamını ölümlə hədələyən şəxslər onun üzərindəki 30 min dollara yaxın pulu götürərək qaçıblar.


Donbassda döyüşlər yenidən qızışır

Ukraynada böhran 2013-cü ilin noyabr ayında prezident Viktor Yanukoviç Avropa Birliyi ilə yaxınlaşma sənədini imzalamaqdan imtina etdikdən sonra başladı. Əvəzində hökümət Rusiya ilə daha sıx əlaqələr qurmağa çalışdı.
Avrointeqraqsiya tərəfdarları prezident Yanukoviçin istefasını və erkən seçkilərin keçirilməsini tələb etdilər.

Paytaxt Kiyevin Müstəqillik Meydanı 3 ay ərzində etirazların baş verdiyi mərkəzi meydana çevrildi. Etirazlar zamanı yüzlərlə adam yaralandı, 80-dən çox adam həlak oldu.

Ukrayna parlamenti prezident Yanukoviçə impiçment elan etdi. Yanukoviç Kiyevi tərk edərək Rusiyaya gəldi. Ukrayna böhranı gedişində ölkədə parçalanma əlamətlərini üzə çıxdı. Ölkənin şərgində rus dili geniş yayılıb, Krım yarmadasında əsas ünsiyyət dili sayılır.

Daha sonra Donbass vilayətində Ukrayna ordusu ilə rusiyameyilli silahlılar arasında müharibə başladı və bu günə qədər də davam edir.


Xəbəri paylaş

6618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___