Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Növbəti tədris ilində köhnə məktəbli formasına icazə yoxdur - Nazirlikdən AÇIQLAMA
Tarix: 25-05-2023 | Saat: 10:52
Bölmə:Karusel / Təhsil / Gündəm | çapa göndər

Növbəti tədris ilində (2023-2024) şagirdlər yeni məktəbli formasından istifadə etməlidir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

"Məktəbli forması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il №96 "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında Qərarı qüvvədədir", - deyə əlavə edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında Qərarına əsasən, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər. Yəni artıq növbəti tədris ilindən əvvəlki illərin formaların istifadəsinə yol verilməyəcək.

Xatırladaq ki, "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov Trend -in suallarını cavablandırarkən qeyd edib ki, 2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlandı. Zaman az olduğu üçün yuxarı siniflər üçün hazırlanmadı. Artıq yeni tədris ili üçün yuxarı siniflərdə yeni məktəbli formalarından istifadə edə biləcək.

"Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətək isə 25 manata olacaq", - deyə o əlavə edib.










Xəbəri paylaş

3848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___