Şəriət baxımından oruc Allaha ibadət məqsədi ilə sübh azanından məğrib azanına kimi bəzi əməllərdən çəkinmək deməkdir.
Orucu pozan əməllər şəriət kitablarında qeyd edilib və bu əməllərin arasında dalaşmaq, söymək, başqasını acılamaq qeyd edilməyib. Bunlar zahirən orucu pozmaz, yəni bu əməlləri edənin orucu batil olmaz. Amma Ramazan səbir ayıdır, möminlər Ramazanda mənəvi aramlıq içində olurlar. Ramazan Allahın rəhmət və bərəkətinin bol olduğu aydır. İnsanlar da bu ayda bir-birinə xüsusi şəfqət və sayğı ilə davranmalıdırlar.
Hədislərdə oruc şəxsin mübahisələrdən, dava-dalaşdan kənarda durması tövsiyə edilir.
Hətta onu mübahisəyə şəkən şəxsə "mən orucam" deyə cavab verməsi və sağollaşıb mübahisədən kənar olması buyurulub. Dalaşmaq, acı sözlər demək orucu batil etməsə də, orucun savabını xeyli azaldır, onun mənəvi gözəlliyini aradan aparır. Dinimizdə möminin qəlbi Kəbədən daha qiymətli sayılıb və bir möminin qəlbini haqsız yerə qırmaq Kəbəni uçurmağa bərabər tutulub. Bu baxımdan, oruc tutan şəxsin ətrafdakılarla mehriban davranması təkid edilir. Bu münasibət təkcə Ramazanda deyil, bütün aylarda və günlərdə qorunmalıdır, orucluq zamanı isə buna xüsusi diqqət yetirməliyik.
Dalaşmaq, başqasına acı söz demək orucu pozarmı?
Tarix: 08-04-2022 | Saat: 09:28
Bölmə:Karusel / İbadət | çapa göndər
2668 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-04-2022 | Saat: 09:28
Bölmə:Karusel / İbadət | çapa göndər
Digər xəbərlər
10-06-2019, 16:39
Safura mərhum qayınatası ilə şəklini paylaşdı-Foto
16-01-2016, 10:57
2016 cı ilin Yanvar ayı üçün ulduz falı
23-07-2017, 09:13
"Yutub"da İŞİD-ə baxmaq istəyənləri NƏ GÖZLƏYİR?
25-12-2015, 16:26
Mağazanı yarıb, "nisyə dəftəri"ni apardılar
15-04-2017, 21:22
Azərbaycanda qəddarlıq: atı maşına bağlayıb dartır - ŞOK VİDEO
19-06-2015, 17:29
“Qazprombank”dan SOCAR-a yarım milyon dollar
30-10-2017, 09:59
İŞİD Messidən sonra Neymarı hədəf aldı
27-01-2017, 11:16
Azərbaycanda şirkət avtomobili və mikroavtobus ağır qəzaya düşdü: 11 yaralı - ADLAR
31-08-2016, 10:31
"Coca-Cola" insan dişini bu hala saldı – VİDEO
31-01-2018, 16:18
Dua etməklə bağlı Ayətullah Behcətdən tövsiyələr