Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 7,5 gücündə zəlzələ olacaq? - Açıqlama
Tarix: 24-05-2023 | Saat: 10:34
Bölmə:Karusel / Gündəm | çapa göndər


Azərbaycanda 7,5 gücündə zəlzələ olacaq? - Açıqlama
+

"Azərbaycan da digər qonşu ölkələr kimi seysmoaktiv bölgədə yerləşir. Seysmoaktiv bölgələr üçün isə vaxtaşırı vaxtı, yeri, gücü heç kim tərəfindən əvvəlcədən proqnozlaşdıra bilməyən zəlzələlərin olması xarakterikdir və həmişə də olmaq ehtimalı var".

Bunu AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı feysbuk səhifəsində yazıb. O bildirib ki, türkiyəli alim Cəlal Şəngörün Azərbaycanda 7,5 bal gücündə zəlzələ olacağına dair açıqlama verdiyi bildirilsə də, bunun Azərbaycanla bağlı hansı araşdırmalar apardıqdan sonra verdiyi onlara bəlli deyil:

“Zəlzələ ocaqları yerin dərin qatlarında yerləşdiyinə görə onu proqnozlaşdırmaq mümkün deyil. Hələ ki, seysmologiya elmi bu suala cavab tapmayıb və bu bütün dünyada belədir. İnsanlar tərəfindən hiss olunmayan, gücü az olan zəlzələlər hər gün var və onlar heç gəlib Yer səthinə belə çatmırlar. Maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər barədə ictimaiyyət davamlı məlumatlandırılır".

O, zəlzələni öncədən dəqiq proqnozlaşdırmağın mümkün olmadığını deyib:

"Dəfələrlə demişik, yenə də təkrar edirik. Zəlzələnin dəqiq proqnozu yoxdur və kimsə seysmik bölgədə yerləşən ərazilərdə zəlzələ olacağını deyirsə, burada hansısa qeyri-adi nəsə ortaya qoymur. Çünki burada əsas sual dəqiq proqnozdur və onu da qeyd etdiyim kimi heç bir alim, heç bir mütəxəssis verə bilmir. Bu ilin fevral ayında qardaş ölkədə baş verən zəlzələ zamanı da bir çox "ekspertlər" Azərbaycanla bağlı heç bir əsası olmayan fikirlər ortaya atıb insanları narahat edir, təşviş yaratmağa çalışırdılar. Biz o zaman da bununla bağlı kifayət qədər açıqlamalar verdik ki, insanlarımız narahat olmasınlar. Çünki zəlzələ insanlarda təkcə qorxu yaratmır. Həm də psixoloji olaraq narahatlıqlar yaradır. Azərbaycanda zəlzələlərin öyrənilməsi ilə məşğul olan təşkilat var və 24 saat ərzində respublika ərazisi seysmik monitorinq altındadır. Odur ki, hansısa elmi sübutlara əsaslanmayan, ictimaiyyətin diqqətini özünə cəlb etmək üçün ortaya atılan fikirləri yayıb insanlarımızı boş yerə narahat etməyin, lütfən”.




Xəbəri paylaş

878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___