Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İki azyaşlı quyuya düşüb öldü - Prokurorluq araşdırmaya başladı (YENİLƏNİB)
Tarix: 18-05-2023 | Saat: 11:05
Bölmə:Karusel / Hadisə | çapa göndər

İki azyaşlı quyuya düşüb öldü - Prokurorluq araşdırmaya başladı (YENİLƏNİB)

Ötən gecə Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində iki uşağın ölümü ilə nəticələnən bədbəxt hadisənin detalları məlum olub.

Hadisə qəsəbənin Xanlar massivi kimi tanınan ərazisində - küçənin kənarındakı istifadəsiz quyuda baş verib.

Belə ki, qonşuluqda yaşayan 2013-cü il təvəllüdlü uşaqlar yolda oynayarkən istifadəsiz qalmış və hazırda çirkab suları ilə dolu olan quyuya düşüblər. Yaxınları onları axtararkən hər iki uşağın quyuda olmasını öyrəniblər. Əvvəlcə uşaqların ailə üzvləri və qonşular öz imkanları ilə onların meyitini quyudan çıxarmağa çalışıblar və bir neçə saat ərzində buna cəhd ediblər.

Lakin daha sonra meyitləri çıxarmaq mümkün olmadığından FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə müraciət edilib.

Xilasedicilər bu gün səhər saat 5-dək ərazidə çalışaraq 10 yaşlı iki oğlanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.





Xəbəri paylaş

3118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___