Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident BMT-nin Dünya Turizm Təşkilatının baş katibini qəbul edib
Tarix: 05-03-2016 | Saat: 15:02
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Prezident BMT-nin Dünya Turizm Təşkilatının baş katibini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "Xəbəraz.az "-ın president.az-a istinadən məlumatına görə, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ölkəmizə ötən səfərlərini və həmin səfərlər çərçivəsində Prezident İlham Əliyev ilə görüşlərini xatırlayıb, bu görüşlər zamanı müzakirə olunan bir çox məsələlər, o cümlədən vizaların verilməsi, aşağı büdcəli uçuşların həyata keçirilməsi ilə bağlı işlərin prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilməsini məmnunluqla qeyd edib. Qonaq hər səfərində şəhərimizin gözəlliyinin onda xoş təəssürat yaratdığını deyib.

Taleb Rifai ilə keçirdikləri görüşləri məmnunluqla xatırlayan dövlət başçısı Azərbaycanda turizmin inkişafına göstərdiyi dəstəyə görə ona minnətdarlığını bildirib, qonağın verdiyi məsləhətlərin bu baxımdan önəmini qeyd edib. Azərbaycanda turizmin daim prioritet sahələrdən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizin əlverişli coğrafi mövqeyinin, gözəl təbiətinin yaxşı imkanlar yaratdığını deyib. Dövlət başçısı dünyada iqtisadi böhranın mövcud olduğu indiki zamanda turizm sahəsinin yeni iş yerlərinin yaradılması, ölkəyə maliyyə axınının təmin edilməsi və digər məsələlər baxımından əhəmiyyətini qeyd edərək Azərbaycanda turizm sektorunda islahatların davam etdirildiyini bildirib.

Dövlət başçısı görülən işlər nəticəsində Azərbaycana səfər edəcək turistlərin sayının daha da artacağına ümidvar olduğunu söyləyib.

Görüşdə Azərbaycanda turizm xidmətlərinin genişləndirilməsi, turizmin iqtisadiyyatın digər sahələri ilə əlaqələndirilməsi, ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.


Xəbəri paylaş

5308 dəfə oxunub.

Digər xəbərlər
27-03-2015, 14:27 Qurban Qurbanov söz verdi.

bütün xəbərlər
____ Instagram ___