Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Oruc immunitetə edilən ən böyük sərmayədir" - Məşhur həkim
Tarix: 07-04-2023 | Saat: 09:15
Bölmə:Karusel / Səhiyyə | çapa göndər



Diyetoloq Işıl Erkanın sözlərinə görə, təxminən 15-16 saatlıq oruc bədəndəki zədələnmiş hüceyrələrin təmizlənməsinə və yenilənməsinə kömək edir.

Ekspert, eyni zamanda oruc tutarkən baş ağrısı və ağız qoxusu kimi əlamətləri minimuma endirməyin yollarndan danışıb.

"Əsrlər əvvəl Hippokrat uzunmüddətli aclığı müalicə kimi tövsiyə edirdi. Çünki həzm sistemi bədəndəki digər sistemlərdən vitamin və mineralları mənimsəyən və enerji sərf edən bir sistemdir. Bədən yalnız ac olduqda "autofagiya" dediyimiz sistem işləyir. Bu, yeni və daha sağlam hüceyrələr əldə etmək üçün zədələnmiş hüceyrələrin və tullantıların təmizlənməsi deməkdir. Odur ki, 15-16 saat oruc tutmaq orqanizmin dözə biləcəyi aclıq dövrüdür və bu aclıq zamanı orqanizmin bütün təmir və detoks mexanizmləri işləyir.

Bəzi xroniki xəstəliklərin, diqqət və konsentrasiya çatışmazlığının müalicəsində oruc tətbiq olunur, lakin bu proseslər mütləq həkim nəzarəti altında davam etməlidir" , - ekspert vurğulayıb.

Nəzarət olunan oruc intervalları immunitetə edilən ən böyük sərmayədir!

Oruc tutanda immunitetin azalmadığını deyən Erkan bildirib ki, müəyyən müddətdə ac qalmaq immunitet sisteminə mənfi təsir göstərmir.

"Əksinə, nəzarətli oruc fasilələri immun sisteminə etdiyimiz ən böyük sərmayədir. Sağlam olmaq, immunitetin lazımlı vitamin və mineralları istifadə etməsini istəyiriksə, həzm sistemini çox məşğul etməməliyik. Sağlam qidalanma da immun sistemi üçün oruc qədər əhəmiyyətlidir. Ənənəvi, fermentləşdirilmiş qidalar, rəngli çiy tərəvəzlər, meyvələr, yumurta, otlayan heyvan əti kimi təbii zülallar rasionda üstünlük təşkil etməlidir", - həkim qeyd edib.

Susuzluğu azaltmaq üçün imsakda aşağı karbohidratlara üstünlük verilməlidir


Həkimin sözlərinə görə, gün ərzində susuzluq hissini azaltmaq üçün ən az 1,5-2 litr maye içmək lazımdır: "İmsakda duzlu, yüksək karbohidratlı qidalar yerinə zülallara, funksional yağlara və az karbohidratlara üstünlük verilməlidir. İftardan sonra su ilə yanaşı tərkibində az natrium olan mineral su da içilə bilər, çay və qəhvə isə maye ehtiyacını ödəmir".

Orqanizm uzunmüddətli aclığa ən geci bir həftə ərzində uyğunlaşır

Orucun ilk günlərində baş ağrısı kimi şikayətlərin yaşana biləcəyinə diqqət çəkən Erkan sözlərinə belə davam edib: "Ramazan ayında oruc tutarkən baş ağrısı əslində orqanizmin uyğunlaşma mexanizmlərindən, reaksiyalarından biridir. Orucun ilk günlərində uzun orucluq saatlarına görə insulində dalğalanmalar baş verə bilər ki, bu da baş ağrısına gətirib çıxarır. İnsandan insana dəyişsə də, ən geci bir həftə ərzində orqanizm uzunmüddətli aclığa uyğunlaşacaq və baş ağrısı, yorğunluq, həddindən artıq tükənmə kimi mənfi təsirlər azalacaq".

Erkan, həmçinin qeyd edib ki, xroniki xəstəliklər, yarımfabrikat qidalar, kifayət qədər maye qəbul edilməməsi də baş ağrısına səbəb olur. Odur ki, həm imsakda, həm də iftarda kifayət qədər maye qəbul etməyə çalışın.

Orucla əlaqəli yaranan ağız qoxusunun qarşısını almaq üçünsə həkim tərəvəz, lif əsaslı qidalar, nanə, reyhan, mixək kimi ətirli otlardan istifadə etməyi məsləhət görüb. (publika.az)





Xəbəri paylaş

3088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___