Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sərxoş sürücülər saxlanıldı - Bakıda reyd
Tarix: 30-03-2019 | Saat: 16:21
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Sərxoş sürücülər saxlanıldı
Bakının mərkəzi yerləri ilə yanaşı Sabunçu, Xəzər, Xətai və Pirallahı rayonlarında ictimai təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədi profilaktik-maarifləndimə tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətindən “Xeberaz.Az”yə-a daxil olan məlumata görə, tədbirlər zamanı sərnişindaşıma fəaliyyəti ilə məşğul olan ictimai nəqliyyat vasitələrinin sürücüləri, həmçinin avtobus dayanacağına yaxın məsafədə saxlanılan avtomobillərin sahibləri ilə də profilaktik söhbətlər aparılıb.
Onlara dayanacağa yaxın məsafədə digər nəqliyyat vasitələrinin saxlanılmasının qanunla qadağan edildiyi izah edilib.
Polis əməkdaşları tərəfindən Xəzər rayonunda keçirilən analoji tədbir zamanı sərnişin və yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən edilərək saxlanılıb. Bu sürücülərlə maarifləndirici söhbətlər aparılaraq onlara yol hərəkəti qaydalarının müvafiq bəndləri barədə məlumat verilib.
Həmçinin sərxoş halda avtomobil idarə edən sürücülər də saxlanılıb. Belə sürücülər barəsində də qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib edilib avtomobillər isə müvəqqəti mühafizə olanan duracağa yerləşdirilib.


Xəbəri paylaş

5028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___