Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəhşətli qətl törətmiş qatil ölüm hökmündən yayınmaq üçün gözünü çıxarıb yedi
Tarix: 10-03-2023 | Saat: 08:53
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər



ABŞ-ın Texas ştatından ölümə məhkum edilmiş qatil edamdan yayına bilər.

Bu barədə Texas Tribune məlumat yayıb.

39 yaşlı Andre Tomas aprelin 5-də edam edilməli idi, lakin martın 7-də hökmün icrası təxirə salındı. Bu, onun vəkillərinin məhkumun ağlı başında olması ilə bağlı görüşə hazırlaşmaq üçün əlavə vaxt tələb etməsindən sonra baş verib.

Tomasın psixi sağlamlığı ilə bağlı şübhələrin səbəbi həbsdə olduğu müddətdə baş verən iki hadisə olub. Kişi əvvəlcə birini, sonra isə o biri gözünü çıxarıb. O, oyulmuş bir gözünü yeyib. Tomasın sözlərinə görə, o, "hökumət onun fikirlərini eşitməsin" deyə özünü kor edib.

Texas ştatının Ali Məhkəməsi zehni geriliyi olan şəxslər üçün ölüm cəzasının qadağan edilməsi barədə qərar çıxarıb, lakin bu qadağa ciddi psixi xəstəliyi olan vətəndaşlara şamil edilmir. Ölüm cəzasını almaq üçün cinayətkarın ağlı başında olmalıdır.

Yüzdən çox ruhani lider və ictimai xadim Texas qubernatoru Qreq Abbotta Tomasın edamını ləğv etmək üçün ərizə ilə müraciət etmişdi. Lakin prokuror C.Kerri Eşmorun sözlərinə görə, Tomasın əfv olunmasını istəyən insanlar sadəcə olaraq bütün təfərrüatları bilmirlər, qatilin psixi durumu ilə bağlı hesabatları oxumayıblar və vəkillərin onlara dediyi versiyaya kor-koranə inanırlar.

2004-cü ilin martında Tomas həyat yoldaşı Laura Kristen Boreni, onların dörd yaşlı oğlu Andre Lini və Borenin 13 aylıq qızı Leia Mari Hugesi bıçaqlayaraq öldürüb. Həmçinin kişi hər iki uşağın ürəyini çıxarıb. O zaman Tomas artıq ailəsi ilə yaşamırdı. Həbs edildikdən sonra o, qətlləri ilahi səsin əmri ilə törətdiyini və üçünün də şeytan olduğuna inandığını açıqlayıb.





Xəbəri paylaş

3768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___