Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avropa Oyunları ilə bağlı məktəb şagirdlərindən pul yığılır
Tarix: 18-04-2015 | Saat: 12:24
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Avropa Oyunları ilə bağlı məktəb şagirdlərindən pul yığılır
Təhsil Nazirliyi məsələyə münasibətini bildirdi.

Son günlər bəzi təhsil müəssisələrində bu və ya digər adlar altında vəsait yığılması ilə bağlı müxtəlif yazılar və ya kommentlər gedir. Bəzən şayiə effekti doğuran bu cür məlumatlar bilərəkdən ictimai müzakirələrə sızdırılır və mahiyyət tam aydın olmur.

Hər hansı təhsil müəssisəsində vəsait toplanması halı varsa, bununla bağlı anonim yox, adlı müraciət edilsin və nəticəsi olmazsa, o zaman bunu müzakirəyə çıxartmaq olar.

Xeberaz.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, belə hallar varsa, bu, tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir.

C.Valehov qeyd edib ki, bu xoşagəlməz hal bəzi media orqanlarında qeyd edildiyi kimi, Avropa Oyunları adı altında edilirsə, bu, nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıq və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir:

“Bir daha bildiririk ki, belə qanunsuz əməllərlə bağlı əsaslı informasiyası olan şəxslər Təhsil Nazirliyinin 146-1 qaynar xəttinə və hüquq mühafizə orqanlarına müraciət edə bilərlər”.


Xəbəri paylaş

6498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___