Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ölən ölür, nə edə bilərik?" - Aktrisanın bu açıqlaması tənqid olundu
Tarix: 02-03-2023 | Saat: 10:42
Bölmə:Karusel / Şou-Biznes / Dünya | çapa göndər

"Ölən ölür, nə edə bilərik?"  - Aktrisanın bu açıqlaması tənqid olundu


Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdə dostunu itirən Merve Boluğur açıqlaması ilə diqqət çəkib. 

Küçədə jurnalistlərin suallarını cavablandıran aktrisa zəlzələdə həyatını itirənlərlə bağlı danışıb. 

Belə ki, o "Çox pisdir, fəlakətdir. Orada əlimizdən gələni etdim və insani borcumu yerinə yetirdim. Vətəndaşlara kömək etməyə çalışdıq. Bir dostum da dağıntılar altında idi və təəssüf ki, xilas edə bilmədik”, - deyib. 

Fenomen Taha Duymazın 19 yaşında zəlzələdə dünyasını dəyişməsi ilə bağlı danışan Merve Boluğur "Allah rəhmət eləsin. Taleyin qarşısını ala bilmərik. Hadisələr olacaq. Ölən ölür. Nə edə bilərik? Zəlzələdən sonra ölkədə işlər dayandı. Bizə verilmiş bir ömür olduğuna görə yaşamağa davam edirik. Nə qədər depressiya yaşaya bilərik?" , - deyə vurğulayıb. 

Boluğurun bu sözləri qısa zamanda sosial medianın gündəminə düşüb. Aktrisanın açıqlaması insanların hiddədinə səbəb olub. Bəzi məşhurlar da Mervenin çıxışını sərt tənqid ediblər. 

Xatırladaq ki, episentri Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 11 vilayətdə dağıntılara səbəb olub. Aktrisa zəlzələdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hataya gedərək zəlzələdən zərərçəkənlərə kömək edib.

Unikal



Xəbəri paylaş

3098 dəfə oxunub.

Digər xəbərlər
19-02-2018, 13:27 “WhatsApp” da YENİLİK

bütün xəbərlər
____ Instagram ___